Bloqqerlər çılpaq olduğuna görə restorandan qovuldu


Bloqqerlər çılpaq olduğuna görə restorandan qovuldu

Braziliyalı sosial media ulduzları Larisa Sumpani və Karolay Çavez italyan restoranlarından birində skandal yaşayıblar.


Sfera.az bildirir ki, qızlara müəssisənin astanasından keçməsinə icazə verilməyib. Əvvəlcədən masa rezervasiya edilməsinə baxmayaraq, onların geyimləri çox açıq-saçıq olduğu üçün içəri girmələri qadağan edilib.
 

İddialara görə, müəssisənin sahibi dərhal onları “qeyri-rəsmi baxış”la qarşılayıb. Müəsssisə isə öz növbəsində “geyim-kod” şərtləri olduqlarını gizlətmədiklərini bildirir.
 

"O, bizə yuxarı-aşağı baxdı və geyimimizin geyim koduna uyğun olmadığını dedi"-deyə qızlardan biri bildirib.
 

İnfluserlər bu vəziyyətdən narahat olsalar da, estorana birtəhər buraxılan bikinili qadınları görəndə lap əsəbiləşiblər.
 

"Biz hiss etdik ki, bizi təkcə bikini ölçüsünə görə deyil, həm də braziliyalı olduğumuza görə mühakimə edirlər. Bu, açıq-aydın qərəzli vəziyyətdir"- Karolay əlavə edir.
 

Onun fikrini yarım milyondan çox izləyicisi olan Larisa da paylaşıb.
 

"Biz əvvəlcədən masa sifariş etdik və gəlişimizi təsdiqlədik. Yerli mətbəxi dadmaq üçün səbirsizlənirdik, lakin yaşadıqlarımız nəinki axşamı, bütün tətilimizi məhv etdi" deyə o əlavə edir.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR