Bu ölkənin universitetlərində hicab qadağan olunacaq
Fransanın daxili işlər naziri Bruno Retailleau universitetlərdə hicabın qadağan olunmasını dəstəklədiyini bildirib. Nazir bu barədə qatıldığı televiziya proqramında çıxış edərkən fikirlərini bölüşüb. Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, Retailleau, aparıcının “Universitetlərdə hicabın qadağan olunmasını istəyirsinizmi?” sualına “Bəli, bunu istəyirəm” cavabını verərək, ölkədə yeni bir müzakirənin əsasını qoyub. O, hicabı “klassik İslama uyğun olmayan, öz dəyərlərini zorla qəbul