Pakistanın cavabından şoka düşən Hindistan ÇAĞIRIŞ ETDİ

Pakistanın cavabından şoka düşən Hindistan ÇAĞIRIŞ ETDİ

Hindistan Pakistanın sərt cavabından şoka düşüb və vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti diplomatik mənbələrə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, Hindistan tərəfi ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinin rəsmilərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik istəyib.

 

Daha sonra BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed bəyanatla çıxış edərək Hindistan və Pakistanı təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan qaçmağa çağırıb.

 

Nazir hərbi eskalasiyanın qarşısının alınması, Cənubi Asiyada sabitliyin möhkəmləndirilməsi və regional gərginliyin daha da artmasının qarşısını almaq üçün dialoqa və qarşılıqlı anlaşmaya çağıran səslərə qulaq asmağın vacibliyini vurğulayıb.

 

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub. (Report)


OXŞAR XƏBƏRLƏR

Azad Məcidov təqaüdə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin 65 yaşlı hakimi Azad Məcidov təqaüdə göndərilib.   Sfera.az E-huquq.az-a istinadən xəbər verir ki, tanınmış hakim b...

"Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"

Meyxanaçı Vüqar Əbdülov həmkarı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsert vermək istəyindən danışıb.   Sfera.az xəbər verir ki, ifaçı bu ha...

Moskvaya yaxınlaşan 8 PUA vuruldu

Rusiya Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 PUA-nı Moskvaya yaxınlaşarkən məhv edib.   Sfera.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin...

2 milyon dollara sığortalanmışdı: “Titanik” batarkən itirilən ən bahalı əşya nə olub?

“Titanik” Şimali Atlantik Okeanının dərinliklərinə batan zaman dəyərli qızıl, zinət əşyaları, nağd pul və qiymətli daşlar da əbədi olaraq itdi. Bunu...

Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında- FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Bakıda, “Gülüstan” sarayında Azərbaycan  Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Ə...

Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.   Sf...