Hakan Fidan pakistanlı həmkarına zəng vurdu

Hakan Fidan pakistanlı həmkarına zəng vurdu

Türkiyənin xarici işlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Dara zəng edərək Hindistanla gərginliyi müzakirə edib.

 

Sfera.az xarici agentliklərə istinadən xəbər verir ki, söhbət zamanı Pakistan və Hindistan münasibətlərindəki son hadisələr müzakirə olunub.

 

Hakan Fidan regional təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsindən narahatlığını ifadə edib, Türkiyənin Hindistanın təcavüzkarlığı fonunda Pakistanla həmrəy olduğunu deyib.

 

Pakistan Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, Hindistan hakimiyyəti öz ehtiyatsız hərəkətləri ilə iki nüvə silahlı dövləti hərbi qarşıdurmaya yaxınlaşdırıb. Ölkənin Xarici İşlər Nazirliyi Hindistanın təcavüzünün qadın və uşaqlar da daxil olduğu dinc əhalinin ölümü ilə nəticələndiyini vurğulayıb.

 

Bundan əvvəl Hindistan Müdafiə Nazirliyi Pakistan ərazisinə raket zərbəsi endirib. Hücum nəticəsində 12 nəfər həlak olub. Həmçinin 55 nəfərin yaralandığı bildirilir.

 

Pakistanın cavab zərbələri ilə Hindistanın hərbi obyektləri məhv edilib. İslamabad həmçinin Hindistana məxsus 5 Rafael qırıcısının vurulduğunu elan edib.


OXŞAR XƏBƏRLƏR

Moskvaya yaxınlaşan 8 PUA vuruldu

Rusiya Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 PUA-nı Moskvaya yaxınlaşarkən məhv edib.   Sfera.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin...

2 milyon dollara sığortalanmışdı: “Titanik” batarkən itirilən ən bahalı əşya nə olub?

“Titanik” Şimali Atlantik Okeanının dərinliklərinə batan zaman dəyərli qızıl, zinət əşyaları, nağd pul və qiymətli daşlar da əbədi olaraq itdi. Bunu...

Husilər İsrailin cənubunda Ramon hava limanına zərbə endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrailin cənubunda Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına zərbə endiriblər.   Sf...

Yüzlərlə turist təxliyə edildi: Dünyanın yeddinci möcüzəsi su altında qaldı

İordaniyanın tarixi şəhəri Petra güclü yağışlar nəticəsində su altında qalıb. Sfera.az bildirir ki, dünyanın məşhur və qeyri-adi möcüzəsi güclü yağışa məru...

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.   Sfera.az Minval-a istinadən xəbər verir ki, ...

"Kubinka"da söküntü işlərinin qarşısı alındı - RƏSMİ

Kubinka"da "Vialon" tikinti şirkətinin apardığı söküntü işlərinin qarşısı alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-ı...