Almaniyanın yeni kansleri seçildi - Nələr gözlənilir?

Almaniyanın yeni kansleri seçildi - Nələr gözlənilir?

Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz qalib gəlib. Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.O, ilk cəhddə 310 səs toplamışdı.

 

Maraqlıdır, bundan sonra nələr olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, F.Merz kanslerliyə əsas namizəd olduğu üçün bu, gözlənilən idi. 

 

K.Novruzov qeyd edib ki, F.Merz keçmiş hakimiyyəti sərt tənqid edirdi:

 

 

"F.Merz hələ namizədlik dövründə demişdi ki, əgər hakimiyyətə gəlsə, iqtisadi və miqrasiya siyasətində əsaslı dəyişikliklər edəcək. Onun nə qədər uğurlu olub -olmayacağını zaman göstərəcək.  Qeyd etmək lazımdır ki, yeni kanslerin işi heç də asan olmayacaq. Çünki Almaniya daxilində köklü problemlər var. Onların yaxın gələcək üçün birdəfəlik həlli demək olar mümkün deyil.

İkinci bir tərəfdən isə ölkənin xarici siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilmir. Bəzi regional məsələlərlə bağlı epizodik redaktələr edilə bilər. Amma bu dəyişikliklər ciddi nəticə ilə yadda qalmayacaq".

 

Siyasi şərhçi bu gün dünyada çox ciddi geosiyasi proseslərin getdiyini diqqətə çatdırıb:

 

"Dünya nizamı yenidən formalaşır. Belə bir vəziyyətdə dünya dövlətlərinin ənənəvi siyasətlərindən imtina edib, ani manevr etmələri mövcud xaosu daha da dərinləşdirə bilmir. Odur ki, rəsmi Berlin buna getməyəcək. Və Avropanın güclü aktorlarından biri kimi ənənəvi siyasətini davam etdirəcək. 

Ümumiyyətlə, Almaniyanın xarici siyasətində ciddi dəyişikliklər olmayacaq. Bu, Cənubi Qafqaz region ilə bağlı da belə olacaq.

F.Merz təcrübəli siyasətçi olsa da, heç vaxt fərqlənməyib. Onun diqqət göstərdiyi əsas sahələrdən biri miqrasiya, o cümlədən qanunsuz miqrasiyaya qarşı mübarizədir. Bu məsələ Almaniyanın yeni iqtidarı dövründə, yəqin ki, prioritet olacaq. Dünya dövlətləri ilə münasibət isə aşağı- yuxarı olduğu kimi davam edəcək".

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...