Rusiyada "WhatsApp" BAĞLANIR? – Peskovdan XƏBƏRDARLIQ
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, "WhatsApp" messenceri Rusiyanın qanunlarına əməl etməyə borcludur. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov jurnalistin sualını cavablandırarkən qeyd edib ki, WhatsApp ümumilikdə bir çox ölkələrdə, o cümlədən Rusiyada ən məşhur xidmətlərdən biridir, lakin bu, onu qanunlara əməl etmək öhdəliyindən azad etmir: "Bütün digər xidmətlər kimi, təbii ki, onun da Rusiyanın qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var.