Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri həbs edildi

Dünya
23:11 / 18.07.2025
2077
Türkiyədə məhkəmə Yunus Əmrə İnstitutunun keçmiş rəhbəri Şərəf Atəş haqqında həbs qətimkan tədbiri seçib.
Sfera.az xəbər verir ki, açılan cinayət işində Şərəf Atəş və oğlu da daxil olmaqla 23 nəfərin adı keçir.
Şərəf Atəş 12 milyon dollarlıq korrupsiyada ittiham edilir.
Qeyd edək ki, 2009-cu ildən fəaliyyət göstərən Yunus Əmrə İnstitutu 62 ölkədə türk mədəniyyətini təbliğ edir. (Teleqraf)