İran ən azı 2-3 il geri atılıb - Səfir

İran ən azı 2-3 il geri atılıb - Səfir

İsrailin Moskvadakı səfiri Simona Qalperin bildirib ki, İranın nüvə proqramı son zərbələr nəticəsində ciddi şəkildə zədələnib və ən azı iki-üç il geri atılıb. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomat Moskvada keçirilən brifinq zamanı məlumat verib.

 

“Sadəcə hərbi ekspertlərimizin deyil, ümumilikdə mütəxəssislərimizin qiymətləndirməsi göstərir ki, İranın nüvə proqramına vurulan zərbə çox ciddi olub. Biz hesab edirik ki, onların proqramı ən azı iki-üç il geri çəkilib”, – deyə Qalperin qeyd edib.

 

Səfirin sözlərinə görə, bu qiymətləndirmə həm texniki, həm də strateji baxımdan aparılıb və zərbələrin effektivliyi yüksək qiymətləndirilib.

 

İran tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Regionda gərginliyin artdığı bir dövrdə bu cür bəyanatlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR