ABŞ uranın zənginləşdirilməsini bərpa edəcək
ABŞ öz ərazisində uranın zənginləşdirilməsini bərpa edəcək. Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib. Məlumata görə, Fransanın Orano şirkəti Tennessi ştatında uran zənginləşdirmə zavodunun tikintisi üçün ABŞ Energetika Nazirliyindən 900 milyon dollar alıb. Rayt bildirib ki, bəzi silah laboratoriyaları istisna olmaqla, ABŞ-də uranı zənginləşdirən şirkətlər, demək olar ki, yoxdur. Onun sözlərinə görə, ölkənin milli təhlükəsizliyi üçün müvafiq müəssisələrin