Dünya Kuboku azarkeşləri ABŞ-dəki vəziyyətə etiraz etdilər

Dünya Kuboku azarkeşləri ABŞ-dəki vəziyyətə etiraz etdilər
Kateqoriya məlum deyil
T

“Euractiv” portalının məlumatına görə, avropalı futbol azarkeşləri 2026-cı il Dünya Kuboku öncəsi ABŞ-dəki təhlükəsizlik vəziyyətindən, xüsusən də immiqrasiya qanunlarının tətbiqi üçün polis əməliyyatlarından narahatlıqlarını bildirərək tədbir zamanı təhlükəsizlik zəmanətləri tələb ediblər.

 

Sfera.az xəbər verir ki, bu kontekstdə, Qlenn Mikallef portala verdiyi açıqlamada bildirib ki, Avropa İttifaqı FIFA prezidenti Canni İnfantinodan avropalı azarkeşlərin təhlükəsizliyini təmin etməsini istəyib:

 

"Mən onu təşkilatçılarla ünsiyyət zamanı azarkeşlərin təhlükəsizliyini nəzərə almağa çağırdım. ABŞ-yə səyahət edən hər kəsin təhlükəsizliyini təmin etmək üçün təşkilatçılarla və FIFA ilə dialoq aparmalıyıq".

 

Bundan əlavə, adı açıqlanmayan ABŞ Dövlət Departamenti rəsmisi vurğulayıb ki, Dünya Kuboku oyunlarının, idmançıların, azarkeşlərin və məkanların təhlükəsizliyi ev sahibi ölkənin əsas prioritetidir. Portalın məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları da turnir zamanı asayişi qoruyacaqlar.

 

Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun-19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-də keçiriləcək və turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ