Rusiya-Ukrayna danışıqları gərgin keçib

Rusiya-Ukrayna danışıqları gərgin keçib
Kateqoriya məlum deyil
T

Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk günü gərgin atmosferdə başa çatıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, görüş təxminən altı saat davam edib və tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

 

Danışıqların fevralın 18-də yenidən keçiriləcəyi bildirilib.


Görüşdə iştirak edən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov isə açıqlamasında qeyd edib ki, müzakirələr zamanı əsasən praktiki məsələlər və mümkün həll mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər danışıqların detalları barədə əlavə məlumat verməsə də, müzakirələrin davam etdirilməsi qərarı diplomatik təmasların hələlik nəticəsiz başa çatmadığını göstərir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ