psixoloq
Məktəblilərin psixoloji problemləri hansı əlamətlərlə özünü göstərə bilər? - AÇIQLAMA
Məktəblərdə şagirdlərin psixoloji vəziyyəti onların sağlam inkişafı, təhsil mühitinə uyğunlaşması və sosial münasibətlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, təhsil müəssisələrində uşaqların psixoloji vəziyyətinin diqqətdə saxlanılması, onların üzləşdiyi problemlərin vaxtında müəyyənləşdirilməsi və müvafiq dəstəyin göstərilməsi vacibdir. Məktəb psixoloqlarının fəaliyyəti, şagirdlərlə fərdi işin təşkili və valideyn-məktəb əməkdaşlığı uşaqların psixoloji rifahının
Media29.10.2026 16:15
Bred Pittin tərzi niyə dəyişib? - Psixoloq danışdı
Hollivud ulduzu Bred Pittin son vaxtlar seçdiyi qeyri-adi geyimlər diqqət çəkib. 62 yaşlı aktyorun parlaq rəngli kostyumları və bir-biri ilə uyğunlaşmayan geyimləri maqazin gündəmində müzakirələrə səbəb olub. Sfera.az xəbər verir ki, psixoloq Fil Makleod aktyorun xarici görünüşündəki dəyişiklikləri keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə yaşadığı ağrılı boşanmanın mümkün təsirləri ilə əlaqələndirib. Mütəxəssisin fikrincə, geyim tərzindəki kəskin dəyişiklik insanın özünü yenidən kəşf
Siyasət21.10.2026 21:54
Uşağın geyiminə kim qərar verməlidir? - Psixoloqdan AÇIQLAMA
Uşaqların geyim seçiminə valideyn müdaxiləsi və bunun onların psixoloji inkişafına təsiri son zamanlarda cəmiyyətdə müzakirə olunan məsələlərdən birinə çevrilib. Bəzi valideynlər uşaqların geyim seçimini tamamilə öz nəzarətində saxlayır, digərləri isə onların istəklərinə daha çox üstünlük verir. Xüsusilə məktəbəqədər və məktəb yaşlı uşaqların müəyyən rənglərə, geyim tərzinə və konkret paltarlara maraq göstərməsi valideynlərlə fikir ayrılıqlarına səbəb ola bilir. Bəzi valideynlər isə lap erkən
Gündəm12.10.2026 15:56
İnsanlar niyə adlarını dəyişirlər? – Psixoloq səbəbləri açıqladı
2026-cı ilin ilk 9 ayı ərzində 1958 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Ad, soyad və ya ata adını dəyişənlərin 483 nəfəri kişi, 1475 nəfəri isə qadındır. Cinslər arasında kəskin fərq var. Maraqlıdır, xüsusilə adını dəyişən qadınların bu addımı atması nədən qaynaqlanır? Bəzi insanlar adlarını dəyişməklə mənfi enerjidən qurtulduqlarını düşünür, yeni adın onlara daha çox uğur gətirəcəyinə inanırlar. Bəs bu qərarın arxasında hansı psixoloji səbəblər dayanır? Psixoloq Aytən Ələkbərova
Cəmiyyət09.10.2026 15:29
Uzun müddət tək qalanlar diqqətli olsunlar
Sosial təcrid və uzunmüddətli tənhalıq yalnız psixoloji vəziyyətə deyil, beynin fəaliyyəti və sinir sisteminə də təsir göstərə bilər. Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzman klinik psixoloq Beste Çokavgilin sözlərinə görə, uzun müddət tək qalmaq beynin sosial mühiti daha təhlükəli qəbul etməsinə və sinir sisteminin daim ayıq vəziyyətdə qalmasına səbəb ola bilər. Psixoloq bildirib ki, uzunmüddətli tənhalıq insanın ətrafındakı sosial siqnalları fərqli şərh etməsinə səbəb ola
Media01.10.2026 23:18
Sentyabrda hər şey fərqli olur - Psixoloji səbəblər
Sentyabr bir çox insan üçün yeni başlanğıc dövrü kimi qəbul olunur və bu zaman insanlar yeni məqsədlər qoymağa, idmana, pəhrizə və fərqli vərdişlərə başlamağa daha çox meyllənirlər. Psixoloq Nizami Orucov Sfera.az -a açıqlamasında deyib ki, sentyabr bir çox insan üçün yeni mərhələnin başlanğıcı kimi qəbul edilir. Məktəb və universitetlərin açılması, iş rejiminin dəyişməsi, yay tətilinin başa çatması insanda sanki yeni səhifə açıldığı hissini yaradır. Psixoloq bildirib ki, təqvimdə müəyyən
Cəmiyyət02.09.2026 17:07
Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?
Məktəbə ilk dəfə başlayan uşaqlarda yeni mühit, müəllim, sinif yoldaşları və xüsusi rejim səbəbilə həyəcan, ağlama və məktəbə getmək istəməmək kimi hallar yarana bilər. Ekspertlər hesab edirlər ki, bu cür hissləri keçirən uşaqlarla valideynlər düzgün rəftar etməlidirlər. Psixoloq Aynur İsgəndərova Sfera.az - a açıqlamasında bildirib ki, valideynin münasibəti uşağın məktəbə uyğunlaşması prosesində həlledici amillərdən biridir. Onun sözlərinə görə, uşağa “Ağlama, burada qorxulu heç nə yoxdur”
Təhsil02.09.2026 13:07
Məktəb xərcliyi nə qədər olmalıdır? – Psixoloqdan AÇIQLAMA
Məktəblərin açılması ilə valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların gündəlik xərcliyi və məktəbdə qidalanmasıdır. Verilən xərcliyin miqdarı, bufetdən alınan məhsullar və evdə hazırlanan qidanın seçimi uşağın büdcə vərdişlərinə də təsir edir. Psixoloq Aytən Ələkbərova Sfera.az -a açıqlamasında bildirib ki, 1-4-cü sinif şagirdləri üçün valideynlərin uşaqlarına evdən yemək qoyması daha məqsədəuyğundur. Bununla yanaşı, uşağa müəyyən miqdarda xərclik verilməsi onun özgüvəninin
Cəmiyyət31.08.2026 15:51
Trendə aldanıb pul xərcləyənlər: Psixoloqdan FOMO xəbərdarlığı
Sosial şəbəkələrin gündəlik həyatımıza təsiri artdıqca, alış-veriş vərdişlərimiz də köklü şəkildə dəyişir. Hazırda rəqəmsal platformalarda sürətlə trendə çevrilən məhsullar istehlakçı davranışını idarə edən əsas qüvvəyə çevrilib. Bir çox hallarda insanlar real tələbatı olmayan əşyaları sadəcə "hamıda var" deyə və ya alqoritmlərin təzyiqi ilə almağa meyil edirlər. Real ehtiyac olmadığı halda sadəcə kütləvi trendə qoşulmaq istəyi insanların qərarvermə mexanizminə ciddi təsir göstərir. Sfera.az
Cəmiyyət20.08.2026 14:19
Tək övladlı ailələr: Uşağın inkişafına necə təsir edir?
Son illərdə ailələrdə uşaq sayının azalması və tək uşaqlı ailələrin artması diqqət çəkir. Bəs ailədə bir uşağın olması uşağın psixologiyasına necə təsir edir? Tək böyümək onun sosiallaşmasına, məsuliyyət hissinə və gələcək münasibətlərinə təsir göstərə bilər? Psixoloq Almara Məlikova Sfera.az -a açıqlamasında bildirib ki, əsas məsələ ailədə uşaqların sayından çox, uşağa göstərilən münasibət və tərbiyə modelidir. Psixoloqun sözlərinə görə, ailənin yeganə övladı olmaq öz-özlüyündə nə üstünlük, nə
Cəmiyyət10.08.2026 15:19
"Bəyənmə" xətrinə borclanma: Sosial şəbəkələrin gizli kredit tələsi
Sosial şəbəkələrin parıltılı dünyası real həyatları kölgədə qoymağa davam edir. Platformalarda yaradılan “mükəmməl həyat” illüziyası insanları tükəndirici bir yarışa, süni müqayisələrə və hətta ağır maliyyə borclarına sürükləyir. Sfera.az xəbər verir ki, psixoloq Gülnar Orucova sosial şəbəkələrin insanlarda “mükəmməl həyat” yaratmaq və başqaları ilə ayaqlaşmaq istəyini gücləndirdiyini deyib. Psixoloqun sözlərinə görə, insanlar sosial şəbəkələrdə əsasən həyatlarının xoş və yaxşı tərəflərini
Cəmiyyət10.08.2026 14:58
Yalan danışmayın - Bu əlamətlər sizi ələ verir
Yalan danışmaq təkcə deyilən sözlərlə deyil, insanın psixoloji vəziyyəti ilə də əlaqələndirilir. Bu zaman yaranan gərginlik istər-istəməz insanın davranışına və ünsiyyət tərzinə də təsir göstərə bilir. Məhz davranışdakı dəyişiklik yalan danışanı ifşa edir. Sfera.az mövzu ilə bağlı danışan psixoloq Gülnar Orucovanın sözlərinə görə, yalan danışarkən bəzi insanlarda üzün qızarması, nəbzin sürətlənməsi, tərləmə, səs tonunun dəyişməsi, göz bəbəklərinin genişlənməsi və müxtəlif bədən nahiyələrinə
Cəmiyyət06.08.2026 12:52
Çətinlik görməyən uşaqlar - Onlar hansı problemlərlə üzləşir?
Hər bir valideyn övladını xoşbəxt görmək istəyir və onun istəklərini yerinə yetirməkdən məmnunluq duyur. Lakin uşağın hər istədiyinin yerinə yetirilməsi onun məsuliyyət, səbir və "yox" cavabını qəbul etmə bacarıqlarının formalaşmasına mane olur. Psixoloq Gülnar Orucova Sfera.az -a açıqlamasında bildirib ki, valideynin övladı ilə sərhədləri qorumaması gələcəkdə ciddi problemlərə yol aça bilər. Psixoloqun fikrincə, valideyn övladı ilə dost olmalıdır. "Lakin valideyn uşağın hər istədiyini həyata
Cəmiyyət05.08.2026 12:50
Stressdən qurtulmaq üçün bu sözü deməyin
Xroniki stressdən qurtulmaq üçün ilk növbədə insanlara "yox" deməyi öyrənmək lazımdır. Sfera.az xəbər verir ki, bu barədə psixoterapevt Meq Cozefson "CuidatePlus" nəşrinə müsahibəsində danışıb. Mütəxəssisin sözlərinə görə, hər kəsi razı salmağa çalışan insanlar bəzi hallarda iş həyatında üstünlük əldə edə, rəhbərlik tərəfindən daha çox təqdir oluna bilərlər. Lakin bu davranış zamanla insanın öz ehtiyaclarını arxa plana keçirməsinə və daim başqalarının maraqlarını üstün tutmasına səbəb olur.
Cəmiyyət03.07.2026 11:44
Bakıda “zombi şousu”: uşaqlar üçün təhlükəli ola bilər
"Gənclik Moll" Ticarət Mərkəzində keçirilən zombi şousu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tədbirdə uşaqlar qorxulu zombi obrazlarında qrimlənir, müxtəlif personajları canlandırır və əyləncə proqramında iştirak edirlər. Sfera.az bildirir ki, məsələ ilə bağlı Axar.az -a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, belə tədbirlərin uşaqlara təsiri onların yaşından, temperamentindən və tədbirin necə təşkil olunmasından asılıdır. “Bəzi uşaqlar bunu sadəcə oyun kimi qəbul etsələr
Maraqlı02.07.2026 08:33
Həftəsonu çox yatmağın sağlamlığa zərərləri
İş günlərində yuxusuz qalan bir çox insan həftəsonu daha uzun yataraq bunu kompensasiya etməyə çalışır. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq uzun yuxu hər zaman faydalı olmaya bilər. Sfera.az xəbər verir ki, yuxu mütəxəssislərinin sözlərinə görə, sağlam böyüklər üçün gündə 7-9 saat yuxu ideal hesab olunur. Həftəsonu bir-iki saat artıq yatmaq normal olsa da mütəmadi olaraq 10-12 saat yatmaq bioloji saatın pozulmasına, bazar ertəsi yorğunluğuna və diqqətin azalmasına səbəb
Media29.06.2026 07:18
















