Logo

Məktəblilərin psixoloji problemləri hansı əlamətlərlə özünü göstərə bilər? - AÇIQLAMA

Məktəblilərin psixoloji problemləri hansı əlamətlərlə özünü göstərə bilər? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Məktəblərdə şagirdlərin psixoloji vəziyyəti onların sağlam inkişafı, təhsil mühitinə uyğunlaşması və sosial münasibətlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, təhsil müəssisələrində uşaqların psixoloji vəziyyətinin diqqətdə saxlanılması, onların üzləşdiyi problemlərin vaxtında müəyyənləşdirilməsi və müvafiq dəstəyin göstərilməsi vacibdir. Məktəb psixoloqlarının fəaliyyəti, şagirdlərlə fərdi işin təşkili və valideyn-məktəb əməkdaşlığı uşaqların psixoloji rifahının qorunmasında mühüm rol oynayır. Lakin məktəbdə fəaliyyət göstərən psixoloqların nə qədər effektiv olduğu sual doğurur.

Məktəblilərin psixoloji problemləri hansı əlamətlərlə özünü göstərə bilər? Məktəb psixoloqlarının işi qanedicidirmi? Bu iş necə təşkil edilməlidir ki, intihar və digər mənfi hadisələr yaşanmasın?

Bu barədə psixoloq Elgül Ağarzayeva Sfera.az-a açıqlama verib. O, məktəb yaşlı uşaqlarda psixoloji çətinliklərin hər zaman açıq şəkildə ifadə olunmadığını qeyd edib:

Məktəblilərin psixoloji problemləri hansı əlamətlərlə özünü göstərə bilər? - AÇIQLAMA

“Bəzən uşaq yaşadığı sıxıntını sözlərlə deyil, davranışları, emosional reaksiyaları və gündəlik həyatındakı dəyişikliklərlə göstərir. Buna görə də valideynlərin və müəllimlərin uşağın davranışındakı dəyişikliklərə diqqət yetirməsi çox vacibdir. Əsas əlamətlərə uşağın özünə qapanması, dostlarından uzaqlaşması, əvvəllər maraq göstərdiyi fəaliyyətlərə marağını itirməsi, əsəbilik, aqressivlik, səbəbsiz ağlama, qorxu və narahatlıq, yuxu və iştah dəyişiklikləri, dərs göstəricilərinin qəfil aşağı düşməsi və məktəbə getmək istəməməsi daxildir. Bəzən uşaq baş və qarın ağrısı kimi fiziki şikayətlərlə də emosional gərginliyini ifadə edə bilər”.

Mütəxəssis hər davranış dəyişikliyinin psixoloji pozuntu demək olmadığını, lakin bu dəyişikliklər davamlıdırsa, uşağın gündəlik həyatına təsir edirsə və ya əvvəlki davranışından kəskin fərqlənirsə, mütləq diqqətlə araşdırılmalı olduğunu bildirib:

“Digər mühüm məqam uşağın özünü dəyərsiz hiss etməsi, gələcəyə ümidsiz yanaşması, “heç kimə lazım deyiləm”, “məni heç kim başa düşmür” kimi fikirlər səsləndirməsidir. Uşaq yaşamaq istəmədiyini deyirsə, özünə zərər verməkdən danışırsa və ya bununla bağlı davranışlar nümayiş etdirirsə, bu, ciddi siqnaldır və dərhal peşəkar qiymətləndirmə tələb edir. Burada valideynlərə xüsusi mesajım var: uşağın hər davranışını tərbiyəsizlik, ərköyünlük və ya diqqət çəkmək istəyi kimi qiymətləndirmək düzgün deyil. Bəzən böyüklərin problemli hesab etdiyi davranış uşağın kömək istəməsinin yeganə üsulu ola bilər. Hal- hazırda məktəblərlə uyğun psixologiya təhsili almış mütəxəaais psixoloqlar çalışır. Məktəb psixoloqları məktəblilərlə iş aparması işin müsbət tərəfidir. Lakin tək psixoloq heç bir zaman “həyat qurtara bilməz”. Uşaq və ya yeniyetmədə deviant davranış varsa,ailə,müəllimlər və psixoloq tərəfindən bir neçə istiqamətdə ciddi tədbirlər görməlidir. Eyni zamanda əgər məktəbdə depressiv,travma yaşamış və s. psixoloji problemlər yaşayan bir şagird varsa,məktəb psixoloqu onunla görüşməli,bu məsələni qanun çərçivəsində sənədləşdirməli və şagirdin ailə üzvləri və ya digər birinci dərəcəli yaxınlarına bu haqda məlumat verməlidir”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR