məhkəmə
Azərbaycanda ata evə gec gələn qızını bıçaqladı
Siyəzəndə kişi qızını bıçaqlayıb. Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 66 yaşlı Şükür İsayev (şərti adla) gecə saatlarında yaşadıqları evdə qızı Ramiləyə (şərti adla) bıçaq xəsarətləri yetirib. Buna səbəb Ramilənin evə gec və sərxoş halda gəlməsi olub. Yaranmış mübahisə zamanı Şükür mətbəx bıçağı ilə qızına hücum edib. Bu zaman qadın bıçağı tutduğu üçün əli kəsilib. Daha sonra kişi təkrar hücum edərək, qızının boyun və qoluna kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Kriminal04.11.2026 19:37
“Salyanski kazarma”dakı mənimsəmə ilə bağlı məhkəmə başladı
Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzindəki (TTM) mənimsəmə cinayəti ilə bağlı məhkəmə başlayıb. Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində ilk iclas keçirilib. Bu iş üzrə 7 nəfər - “Salyanski kazarma” kimi tanınan TTM-in sabiq rəisi polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mühakimə
Cəmiyyət04.11.2026 19:34
Qərar qəbul edildi: Bu şəxslər vaxtından əvvəl azad ediləcək
Ali Məhkəmənin Plenumu məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsinə dair məhkəmə təcrübəsini əhatə edən qərar qəbul edib. Lakin bu qərar bəzi suallar doğurub. Maraqlıdır, şərti olaraq vaxtından əvvəl azad edilmə zamanı məhkəmələr hansı meyarları nəzərə ala bilərlər? Cəzanın daha yüngül cəza növü ilə əvəz olunması
Cəmiyyət02.11.2026 13:20
Azərbaycanda yeni qurum yaradılacaq
Azərbaycanda özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirəcək və onların hüquqlarını qoruyacaq yeni qurumun yaradılması nəzərdə tutulub. Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası məcburi üzvlük əsasında fəaliyyət göstərən, özünüidarəetmə prinsipi ilə idarə olunan qeyri-kommersiya hüquqi
Cəmiyyət30.10.2026 11:30
“Vətəndaşın hüquqları hesabına sürət olmaz” - Deputatdan ETİRAZ
“Məhkəmə proseslərinin sürətləndirilməsi vətəndaşların hüquqlarının müdafiəsi hesabına olmamalıdır”. Sfera.az xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüb. Deputat bildirib ki, təklif olunan dəyişikliklər məhkəmə sisteminin daha çevik və səmərəli fəaliyyət göstərməsi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, məhkəmə aidiyyəti ilə ərazi aidiyyəti arasındakı
Cəmiyyət27.10.2026 12:20
Dünyanın "ən yaraşıqlı kişisi" zorakılıq edib? - Açıqlama verdi
Sosial şəbəkələrdə “dünyanın ən yaraşıqlı kişisi” kimi tanınan amerikalı bloqer Breyden Piters seksual zorakılıq və yetkinlik yaşına çatmayan şəxsə spirtli içki almaq ittihamları üzrə özünü təqsirli bilməyib. Sfera.az bildirir ki, "USA Today" nəşrinin məlumatına görə, ona qarşı irəli sürülən ittihamlar 2025-ci ilin mayında baş verdiyi iddia olunan hadisələrlə bağlıdır. “Clavicular” adı ilə tanınan 20 yaşlı bloqer ABŞ-də məhkəmə qarşısına çıxıb. Məhkəmə Piters üçün 10 min dollar girov müəyyən
Media23.10.2026 18:34
Türkiyə Meta-nı məhkəməyə vermək istəyir
Türkiyənin Milli Təhsil Nazirliyi Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir. Sfera.az xəbər verir ki, bunu ölkənin milli təhsil naziri Yusuf Tekin bildirib. Nazir qeyd edib ki, sosial platformalarda uşaqların yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşması onların akademik və şəxsi inkişafına mənfi təsir göstərir. "Digər ölkələrdə olduğu kimi, biz də nazirlik olaraq bu əsaslarla məhkəmə prosesinə başlayacağıq", – deyə o vurğulayıb.
Maraqlı22.10.2026 23:20
Türkiyədə məşhur bələdiyyə sədrinə hökm oxundu
Türkiyənin Bolu bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində məhkəmə hökmü açıqlanıb. Sfera.az xəbər verir ki, hökm Bolu 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan edilib. Məhkəmə Bolu bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılmış Tanju Özcanın da daxil olduğu 19 təqsirləndirilən şəxs barəsində qərar qəbul edib. Özcan qərardan öncə məhkəmə zalında olan oğluna müraciətlə bu sözləri deyib: “Haram çörəklə böyümüş insanlar deyilik. “Atam mənə heç vaxt haram tikə yedirməyib”
Region20.10.2026 23:51
Rusiya ona görə ABŞ-yə etiraz etdi
Rusiya ABŞ məhkəməsinin Kubanın keçmiş lideri Raul Kastro barəsində həbs qərarı çıxarmasını pisləyib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib. Bəyanatda qeyd olunub ki, ABŞ-nin Florida ştatının Mayami şəhərində məhkəmənin Kubanın tarixi lideri, ordu generalı Raul Kastro barəsində həbs qərarı çıxarması qəbuledilməzdir və qətiyyətlə pislənir. Rusiya XİN hesab edir ki, 30 ildən çox əvvəl baş vermiş hadisəyə görə irəli
Dünya20.10.2026 18:09
Türkiyəyə səs salan qətllə bağlı qərar
Türkiyədə 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə qərarı açıqlanıb. Sfera.az xəbər verir ki, məhkəmə müğənni Aleyna Kalaycıoğlunun bəraətinə qərar verib. Alaattin Kadayıfçıoğlu isə qəsdən adamöldürmə cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilib. Qərardan sonra müğənni təxliyə olunarkən koridorlarda qarşı tərəfin etirazları kameralara düşüb. Xatırladaq ki, hadisə martın 19-da İstanbulun Ümraniye rayonunda baş verib. Reper Vahap Canbay keçmiş
Region16.10.2026 23:15
Siyavuş Novruzov: "Qərarların icrasında problem var"
Məhkəmə qərarlarının icrası zamanı vətəndaşların mülkiyyət və borc məsələləri ilə bağlı üzləşdiyi problemlərin aradan qaldırılması üçün qanunvericiliyə yenidən baxılması təklif olunub. Sfera.az xəbər verir ki, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında çıxışı zamanı bu məsələyə diqqət çəkib. Deputat bildirib ki, Azərbaycanda məhkəmə sistemində islahatlar aparılır, qərarların qəbulu daha operativ və keyfiyyətli xarakter alır, amma qərarların icrası sahəsində problemlər qalmaqdadır:
Təhsil13.10.2026 12:42
Polis Siyəzəndə 14 nəfəri saxladı
Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 14 nəfər saxlanılıb. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi silsilə tədbirlər nəticəsində qanunsuz əməllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onlardan ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan
Cəmiyyət05.10.2026 18:19
İranlı qadın müğənniyə 74 şallaq vurulacaq
İranda başörtüsü olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Sfera.az xəbər verir ki, məhkəmə, həmçinin Ahmadiyə iki il audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağası qoyulması barədə qərarı qüvvədə saxlayıb. Qərarın artıq yekunlaşdığı bildirilib. Ahmadi 2024-cü ilin dekabrında "YouTube"da yayımlanan təxminən 27 dəqiqəlik konsertdə məcburi başörtüsü taxmadan çıxış edib. Dörd kişi musiqiçinin
Region29.09.2026 16:31
Banka borcu olanlara xəbərdarlıq — Əgər...
Bank borcları ilə bağlı məhkəmə qərarı olmadan atılan addımlar və onların hüquqi çərçivəsi vətəndaşlar üçün aktual məsələlərdəndir. Bəs bank borcu ilə bağlı məhkəmə qərarı olmadan hansı addımlar qanuni sayıla bilər, hansı addımlar isə hüquq pozuntusudur? Sfera.az bildirir ki, mövzu ilə bağlı Demokrat.az -a açıqlama verən vəkil Misirə Xəlilzadə bildirib ki, kredit müqaviləsi imzalandığı andan tərəflərin hüquq və öhdəlikləri yaranır və bank müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş qaydada
İqtisadiyyat29.09.2026 00:46
Anasına kobud davranan oğula məhkəmədən SƏRT QƏRAR
Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsinə dair mülki işə baxılıb. Biləsuvar Rayon Məhkəməsindən Sfera.az -a verilən məlumata görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, bunun nəticəsində ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirib. Ana gələcəkdə ona məxsus əmlakdan oğlunun məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib. Cavabdeh isə iddianı qəbul etməyib. O,
Media17.09.2026 12:51
Kreditlərlə bağlı MÜHÜM QƏRAR
Ali Məhkəmə vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərlə bağlı hüquqi izah verib. Məhkəmədən Sfera.a z -a verilən xəbərə görə, izahda onlayn kreditdən istifadə zamanı nələrə diqqət edilməli olduğu vurğulanıb, vətəndaşlara tövsiyələr verilib. Bildirilib ki, son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılmışdır. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklər də
Cəmiyyət08.09.2026 15:23
Məşhur iş adamı qızıl tabutda dəfn edildi
İngiltərə və Nigeriya vətəndaşı olan sosial şəbəkə fenomeni və iş adamı İqo "Tayni" Ubiribo (Igho “Tiny” Ubiribo) Tailandda etdirdiyi cinsiyyət orqanının böyüdülməsi prosedurundan sonra həyatını itirib. Sfera.az xəbər verir ki, Böyük Britaniyadakı Məhkəmə Tibbi Ekspertizası ölümün tibbi müdaxilə zamanı istifadə edilən maddələrin ağciyər emboliyasına səbəb olması nəticəsində baş verdiyini təsdiqləyib. Hadisə iş adamının həyat yoldaşı Deniel Simba Allen ilə birgə Tailandda istirahətdə olduğu
Media07.09.2026 22:09
Ermənistanda daha bir vəzifəli şəxs həbs edildi
Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) keçmiş sədri Qaqik Xaçatryan həbs edilib. Sfera.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib. Xaçatryan sentyabrın 1-də xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı araşdırılan cinayət işi çərçivəsində saxlanılıb. İstintaq çərçivəsində Xaçatryanın və oğlunun mənzillərində, həmçinin onlarla əlaqəli olduğu bildirilən təxminən 21 şirkətin ofis və
Media02.09.2026 11:58
Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR
Ali Məhkəmə icarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırmalara çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması ilə bağlı hüquqi mövqe ifadə edib. Bu barədə Sfera.az -a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, Ali Məhkəmənin Kommersiya Kollegiyası son qərarlarından birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını
Cəmiyyət02.09.2026 11:28
Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işində müğənni Könül Kərimovanın da adı hallanır. Sfera.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqının yeniləndiyi bildirilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Elçin Bağırov və
Maqazin26.08.2026 12:00
Cefri Epşteynlə bağlı FTB-yə şəxsən zəng edib
Playboy jurnalının yaradıcısı Hyü Hefner 2005-ci ildə jurnalın keçmiş “Ayın qızı”ndan birinin Cefri Epşteyn tərəfindən cinsi zorakılığa məruz qalması barədə etirafından sonra ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) dəfələrlə zəng edərək maliyyəçinin məsuliyyətə cəlb olunmasını tələb edib. Sfera.az xəbər verir ki, bu barədə Epşteynin 32 qurbanının ABŞ hökumətinə qarşı qaldırdığı yeni məhkəmə iddiasında yer alan materiallarda məlumat verilib. Zərərçəkənin Playboy jurnalının 2003-cü ilin oktyabr
Dünya16.08.2026 20:12
Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR
Ali Məhkəmənin Kommersiya Kollegiyası uzun illərdir davam edən və Şabranlı sahibkar Mansur İbrahimovla sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev arasında gedən məhkəmə çəkişmələrindən biri üzrə yekun qərarını verib. Sfera.az “ musavat.com”a istinadən xəbər verir ki, məhkəmə İlham Əliyevin "TurAz" MMC-nin adından qaldırdığı iddianı təmin etməyib və bununla da növbəti hüquqi mübahisəyə son qoyub. Söhbət "TurAz" MMC-nin Mənsur Nəmətulla oğlu
Cəmiyyət13.08.2026 14:53
Ali Məhkəmədən YENİ QƏRAR
Azərbaycan Ali Məhkəməsi tərəfindən məhkəmələr tərəfindən podrat müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə "Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Plenum Qərarı qəbul edilib. Bu barədə Sfera.az -a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, qərarda podrat müqaviləsini digər mülki-hüquqi
Cəmiyyət11.08.2026 11:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sfera.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim Şəfa Dadaşova yekunda belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə
Cəmiyyət07.08.2026 23:19
























