Logo

Türkiyədə məşhur bələdiyyə sədrinə hökm oxundu

Türkiyədə məşhur bələdiyyə sədrinə hökm oxundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Bolu bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində məhkəmə hökmü açıqlanıb.

Sfera.az xəbər verir ki, hökm Bolu 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan edilib.

Məhkəmə Bolu bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılmış Tanju Özcanın da daxil olduğu 19 təqsirləndirilən şəxs barəsində qərar qəbul edib.

Özcan qərardan öncə məhkəmə zalında olan oğluna müraciətlə bu sözləri deyib:

“Haram çörəklə böyümüş insanlar deyilik. “Atam mənə heç vaxt haram tikə yedirməyib” deyəcəksən. Bu gün qəbul edilən qərar sənin ümid etdiyin və ya gözlədiyin kimi olmaya bilər. Nəticə nə olursa-olsun, başını dik tut. Boğazından heç vaxt haram tikə keçməyib, cibinə də heç vaxt haram yolla əldə edilmiş pul girməyib”.

Marketlər və lisenziyalarla bağlı iş üzrə Tanju Özcan 7 il 3 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həbs edilənlər “irtikap”la (dövlət məmurunun və ya ictimai vəzifə daşıyan şəxsin öz mövqeyindən, səlahiyyətindən və nüfuzundan sui-istifadə edərək qarşı tərəfi məcbur etmək, aldatmaq və ya onun səhvindən yararlanmaq yolu ilə özünə və ya başqasına haqsız qazanc (maddi mənfəət, rüşvət) təmin etməsi) ittiham edilib./axar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR