İranlı qadın müğənniyə 74 şallaq vurulacaq

İranlı qadın müğənniyə 74 şallaq vurulacaq
Kateqoriya məlum deyil
T

İranda başörtüsü olmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən təsdiqlənib.

Sfera.az xəbər verir ki, məhkəmə, həmçinin Ahmadiyə iki il audiovizual fəaliyyətlə məşğul olmaq və ölkədən çıxmaq qadağası qoyulması barədə qərarı qüvvədə saxlayıb.

Qərarın artıq yekunlaşdığı bildirilib.

Ahmadi 2024-cü ilin dekabrında "YouTube"da yayımlanan təxminən 27 dəqiqəlik konsertdə məcburi başörtüsü taxmadan çıxış edib. Dörd kişi musiqiçinin müşayiəti ilə baş tutan konsert sosial mediada geniş yayılıb.

Görüntülərin yayılmasından sonra İran hakimiyyəti müğənni və konsertdə iştirak edən digər şəxslər barəsində araşdırmaya başlayıb. İyunda Qum şəhərindəki məhkəmə Ahmadi, musiqiçilər və prodakşn heyətinin üzvləri barədə qərar çıxarıb.

Məhkəmə başörtüsüz solo çıxışı və kişi musiqiçilərin iştirak etdiyi konserti ölkənin dini və ictimai qaydalarına zidd hesab edib. Təqsirləndirilən şəxslərin hər birinə 74 şallaq, iki il audiovizual fəaliyyət qadağası və iki il ölkədən çıxış qadağası tətbiq olunub.

Ahmadinin vəkilləri qərarın artıq yekunlaşdığını bildiriblər. Müğənni də sosial media hesabında apellyasiya müraciətinin rədd edildiyini açıqlayıb.

Qərar İranda qadınların məcburi başörtüsü qaydaları və ictimai yerlərdə solo çıxışlarına tətbiq olunan məhdudiyyətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR