Logo

Dünyanın "ən yaraşıqlı kişisi" zorakılıq edib? - Açıqlama verdi

Dünyanın "ən yaraşıqlı kişisi" zorakılıq edib? - Açıqlama verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrdə “dünyanın ən yaraşıqlı kişisi” kimi tanınan amerikalı bloqer Breyden Piters seksual zorakılıq və yetkinlik yaşına çatmayan şəxsə spirtli içki almaq ittihamları üzrə özünü təqsirli bilməyib.

Sfera.az bildirir ki, "USA Today" nəşrinin məlumatına görə, ona qarşı irəli sürülən ittihamlar 2025-ci ilin mayında baş verdiyi iddia olunan hadisələrlə bağlıdır.

“Clavicular” adı ilə tanınan 20 yaşlı bloqer ABŞ-də məhkəmə qarşısına çıxıb.

Məhkəmə Piters üçün 10 min dollar girov müəyyən edib. O, məbləği ödədikdən sonra bir sıra şərtlərlə sərbəst buraxılıb. Bloqer pasportunu təhvil verməli, onu ittiham edən şəxslə əlaqə saxlamamalı və həmin şəxs barədə sosial şəbəkələrdə məlumat paylaşmamalıdır.

Pitersin vəkilləri isə polis tərəfindən onun təqsirini sübut edən kifayət qədər dəlil təqdim edilmədiyini əsas gətirərək işə xitam verilməsi üçün vəsatət qaldırıblar.

Vəkil Devid Meyer bildirib ki, hadisə zamanı Pitersin 19, şikayətçinin isə 17 yaşı olub. Onun sözlərinə görə, tərəflər arasında həm şəxsi, həm də peşəkar münasibətlər olub və bu münasibətlər daha bir il davam edib. Vəkil həmçinin şikayətçinin həmin dövrdə polisə müraciət etmədiyini vurğulayıb.

Qeyd edək ki, sentyabr ayında Alora Ziva adı ilə tanınan bloqer Aleksandra Vasilyevna Mendoza Pitersi zorakılıqda ittiham edib. O iddia edib ki, "Twitch" platformasında birgə yayım zamanı bloqer ona araq içirdib, seksual zorakılıq edib, daha sonra isə tərkibində metamfetamin olduğu deyilən piy əridici preparatı üzünə yeridib.

Hazırda Pitersin təqsiri məhkəmə tərəfindən sübuta yetirilməyib. O, irəli sürülən ittihamları qəbul etmir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR