Türkiyəyə səs salan qətllə bağlı qərar
Türkiyədə 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə qərarı açıqlanıb.
Sfera.az xəbər verir ki, məhkəmə müğənni Aleyna Kalaycıoğlunun bəraətinə qərar verib.
Alaattin Kadayıfçıoğlu isə qəsdən adamöldürmə cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Qərardan sonra müğənni təxliyə olunarkən koridorlarda qarşı tərəfin etirazları kameralara düşüb.
Xatırladaq ki, hadisə martın 19-da İstanbulun Ümraniye rayonunda baş verib. Reper Vahap Canbay keçmiş sevgilisi, müğənni Aleyna Kalaycıoğlu ilə barışmaq istəyib və bu məqsədlə dostu Kubilay Kaan Kundakçıdan kömək istəyib.
Kundakçı Canbay və dostları ilə birlikdə müğənninin olduğu studiyanın qarşısına gedib. Onlar avtomobildə gözləyərkən hadisə yerinə gələn şəxslər onlara atəş açıblar. Nəticədə ağır yaralanan 21 yaşlı futbolçu xəstəxanada həyatını itirib.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində 10 nəfər barəsində cinayət işi açılıb. Onlardan 7-si həbs edilib. Həbs olunanlar arasında Aleyna Kalaycıoğlu və müğənni İzzet Yıldızhan da olub.
O da məhkəmə qərarı ilə bu gün bəraət alıb. (Qafqazinfo)






