maaş
Azərbaycanda 13-cü maaş kimlərə veriləcək?
İlin sonuna yaxınlaşdıqca çalışanları maraqlandıran məsələlərdən biri də 13-cü maaşın ödənilib-ödənilməyəcəyidir. Bəzi müəssisələrdə ilin yekunlarına görə işçilərə əlavə mükafat verilsə də, bu ödəniş Azərbaycanda bütün əməkdaşlar üçün məcburi xarakter daşımır. Bəs kimlər 13-cü maaş ala bilər və işəgötürən hansı hallarda bu pulu ödəməlidir? Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “13-cü maaş” adı ilə ayrıca və məcburi ödəniş nəzərdə tutulmayıb. Bununla belə,
Cəmiyyət05.11.2026 20:00
Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
Bayram günləri işçilərin istirahəti üçün nəzərdə tutulsa da, bəzi müəssisələrdə əmək fəaliyyəti adi qaydada davam edir. Xüsusilə xidmət, ticarət və digər sahələrdə çalışan şəxslər bayram günlərində də iş başında olurlar. Belə hallarda işçilərin əmək hüquqlarının qorunması və gördükləri işə görə ödənişlərin düzgün hesablanması mühüm məsələlərdən biridir. Bəs işəgötürən bayram günlərində işçiləri işləməyə məcbur edə bilərmi? Həmin günlərdə çalışan şəxslərə əlavə əməkhaqqı ödənilməlidirmi?
Media04.11.2026 13:59
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbəti mərhələdə pensiyaçılar da təqaüd aldıqları bankı seçə biləcəklər. Bu yeniliyin banklar arasında müştəri cəlbi uğrunda rəqabəti artıracağı, hesabını başqa banka keçirənlər üçün daha əlverişli təkliflərin yaranmasına şərait yaradacağı gözlənilir.
İqtisadiyyat30.10.2026 00:46
"Onların maaşı artırılacaq" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Bununla da, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində TƏBİB-ə keçir. TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi səhiyyə sistemindəki hansı problemləri aradan qaldıracaq? Bu
Cəmiyyət20.10.2026 14:21
Bakıda çox, rayonda az - Onlar niyə az maaş alır?
Azərbaycanda dövlət qulluqçularının əməkhaqları iqtisadi rayonlar üzrə fərqlənir. Paytaxtda orta aylıq əməkhaqqı 2539 manat olduğu halda, bəzi iqtisadi rayonlarda bu göstərici 1316 manata qədər enib. Bu barədə deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi zamanı danışıb. Deputatın sözlərinə görə, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb. Bu məbləğ ölkə üzrə orta aylıq
Cəmiyyət15.10.2026 15:14
2027-ci ildə Azərbaycanda kimlərin maaşı artacaq? – RƏQƏMLƏR
Azərbaycanda 2027-ci ildə əməkhaqqı və sosial ödənişlərin artırılması gözlənilir. Xüsusilə minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin yüksəldilməsi ilə bağlı artıq rəsmi açıqlamalar verilib. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib. Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır. Lakin 2027-ci ildə bu məbləğin nə qədər olacağı hələ rəsmən açıqlanmayıb. Minimum maaş nə qədər arta
İqtisadiyyat06.10.2026 19:27
Neftin bahalaşması maaş artımına təsir etməyib
Yaxın Şərqdəki vəziyyətin yaratdığı enerji şoku hələlik avrozonada digər məhsulların qiymətlərinə və əməkhaqlarının artım tempinə təsir göstərməyib. Lakin bu təsirlərin sonradan ortaya çıxması istisna edilmir. Sfera.az xəbər verir ki, bunu Finlandiya Mərkəzi Bankının rəhbəri və Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Olli Ren Helsinkidə keçirilən tədbirdə deyib. O.Ren bildirib ki, belə təsirlər tədricən və hiss olunmadan özünü göstərə bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişə
İqtisadiyyat06.10.2026 15:21
Prezident anons verdi: Maaş və pensiyalar nə qədər artacaq?
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılacağını açıqlayıb. Dövlət başçısı bununla bağlı müvafiq göstərişin verildiyini bildirib. Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu açıqlama növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağını göstərir. Onun sözlərinə görə, Azərbaycanda minimum
İqtisadiyyat02.10.2026 15:30
YAP-ın VIII Qurultayı: 2021-dən 2026-ya dəyişən HƏDƏFLƏR
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın son beş ildə keçdiyi siyasi mərhələnin yekunlarının təqdim edilməsi və növbəti dövr üçün əsas istiqamətlərin göstərilməsi baxımından diqqət çəkir. Qurultayın əhəmiyyətini yalnız YAP-ın rəhbər orqanlarının yenilənməsi ilə izah etmək kifayət deyil. Tədbirin siyasi çəkisini artıran əsas məqam onun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olmasıdır. Prezident İlham Əliyev də çıxışında məhz bu
Siyasət02.10.2026 13:30
Onların maaşı artırılacaq
Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının əməkhaqlarının orta hesabla 22,8 faiz artırılması təklif olunur. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb. Təklif olunan dəyişikliklərə əsasən, baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək və rütbə maaşının həcmi 70 faizə çatdırılacaq. Həmçinin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqənin aradan qaldırılması və pensiyanın fərdi şəxsi
Cəmiyyət30.09.2026 16:22
Gələn ilin büdcəsi artacaq: Maaş və müavinətlərin də artırılması imkanı var
2027-ci ilin dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb. Açıqlanan məlumatlar göstərir ki, gələn ilin dövlər büdcəsində xərclər üçün daha çox vəsait ayrılması nəzərdə tutulub. Buna əsaslanaraq bəzi iddialarda 2027-ci ildə maaş, müavinət və təqaüdlərin artırılmasının real olduğu bildirilir. İqtisadçı Asif İbrahimov Sfera.az -a açıqlamasında bildirib ki, 2027-ci il dövlət büdcəsinin xərclərinin 42,4 milyard manat səviyyəsində proqnozlaşdırılması dövlətin iqtisadi və
İqtisadiyyat18.09.2026 13:10
Paşinyanın maaşı artırıldı - BU QƏDƏR QAZANACAQ
Ermənistanda dövlət vəzifələrində çalışan şəxslərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Sfera.az xəbər verir ki, bununla bağlı “Dövlət vəzifələrində çalışan şəxslərin əməyinin ödənilməsi haqqında” qanuna dəyişikliklər layihəsi Ermənistan hökumətinin iclasında təsdiqlənib. Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, qanun layihəsi qəbul ediləcəyi təqdirdə, dəyişikliklərin icrası üçün dövlət büdcəsindən hər il əlavə 25 milyard dramdan (68,5 milyon
Region17.09.2026 17:00
Büdcə gəlirləri artır - Maaş və müavinət də artacaqmı?
Neftin bahalaşması və inflyasiyanın bir qədər yüksək olması hesabına dövlət büdcəsinin gəlirlərində artım müşahidə edilir. İnsanlar belə vəziyyətdə əməkhaqqı və müavinətlərin məbləğində də artımı gözləyir. Bəs büdcənin mövcud vəziyyəti belə artımlara imkan verirmi? Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az -a açıqlamasında bildirib ki, büdcə gəlirlərinin artması əməkhaqqı və müavinətlərin artırılması üçün əlavə imkan yaradır, lakin bu, belə artımların avtomatik
İqtisadiyyat16.09.2026 15:57
Azərbaycanda ən az ONLAR QAZANIR
Azərbaycanda yüksək maaş alan peşə və sahələr barədə məlumatlar tez-tez diqqət çəkir. Lakin ölkədə elə iş sahələri də var ki, həmin sektorlarda çalışanların orta aylıq qazancı ölkə üzrə orta əməkhaqqından xeyli aşağıdır. Bəs Azərbaycanda ən az maaş alanlar kimlərdir və hansı sahələrdə gəlirlər daha aşağıdır? Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1174,4 manat
Cəmiyyət09.09.2026 10:50
Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər. Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?
Cəmiyyət30.08.2026 10:59
Pensiyaların verilmə tarixi dəyişir?
Maaş və pensiya vəsaitlərinin vətəndaşın seçdiyi istənilən bank hesabına yönəldilməsi Azərbaycanda bank xidmətləri bazarında rəqabəti artıra bilər. Vətəndaş bankını sərbəst seçdikdə banklar müştərini saxlamaq üçün komissiyaları azaltmağa, rəqəmsal xidmətləri yaxşılaşdırmağa, kredit və digər maliyyə məhsullarını daha əlverişli şərtlərlə təqdim etməyə çalışacaqlar. Lakin bank seçmək azadlığı vacib olsa da, daha fundamental problem qalır: vətəndaş pensiyasını nə vaxt alacaq? Bu gün pensiyaların
İqtisadiyyat15.08.2026 08:56
Orta maaş minimum xərcləri ödəmir - Qiymətlər sürətlə artır?
Azərbaycanda orta əməkhaqqı son illərdə xeyli dərəcədə artsa da, hələ də ailələrin minimum xərclərini ödəyəcək səviyyəyə çatmayıb. Son məlumatlara əsasən, ölkəmizdə orta əməkhaqqı 1170 manatdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra xalis əməkhaqqı 950–1000 manat məbləğində qalır. Dörd nəfərlik ailənin minimum yaşayış xərcləri isə 1200 manata yüksəlib. Müqayisədən görünür ki, xalis orta əməkhaqqı hələ də bir orta ailənin minimum xərclərini tam ödəmir. Sfera.az - a açıqlama verən
İqtisadiyyat13.08.2026 12:49
Ayda 10 min manat - Ən çox ONLAR QAZANIR
Dünyada işçilərin ən uzun saatlar çalışdığı ölkələr arasında Latın Amerikası dövlətləri ön sıralarda yer alır. Maraqlıdır ki, bəzi ölkələrdə insanlar ildə 2 200 saatdan çox işləsə də, orta əməkhaqqı inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır. Sfera.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ən son müqayisə edilə bilən məlumatlarına əsasən, işçilərin faktiki işlədiyi illik saatların sayına görə Kolumbiya, Meksika və Kosta-Rika ilk sıralardadır. OECD-nin
Maraqlı12.08.2026 15:25
Eyni iş, fərqli maaş: Şirkətlər əməkhaqqı məbləğini gizlədirlər
İş yerlərində əməkdaşların öz maaşlarını həmkarları ilə müzakirə etməməsi geniş yayılmış hala çevrilib. Əməkhaqqının sirr kimi qəbul edilməsi və maaş sistemində şəffaflığın olmaması bu tendensiyanın əsas səbəbləri sırasında göstərilir. Sfera.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov işçilərin maaşlarını həmkarlarından gizlətməsinin əsas səbəblərindən birini əməkhaqqı sistemində şəffaflığın olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, işçilər öz əməyinin bazar dəyərini bilmədikdə maaş
İqtisadiyyat10.08.2026 15:52



















