İtaliya
Daha bir ölkə qoşuldu: Sosial şəbəkə qadağası gəlir
İtaliyada 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan edən qanun dəyişikliyinin ilin sonunadək parlament tərəfindən təsdiqlənməsi gözlənilir. Sfera.az xəbər verir ki, İtaliya hökuməti yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Bu addım Avstraliya, Braziliya, Yunanıstan, Türkiyə, İndoneziya və Malayziyanın oxşar təşəbbüslərindən sonra gündəmə gəlib. Hazırlanan dəyişikliyə əsasən 13 yaşdan kiçik uşaqların sosial
Dünya18.11.2026 17:58
İtaliyada bomba qoruxusuna görə 300 məktəb təxliyə edildi
İtaliyada bomba təhdidləri ilə bağlı daxil olan saxta elektron məktublar səbəbindən 300-dən çox məktəb təxliyə edilib. Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, oxşar təhdidlər Şotlandiya, Şimali İrlandiya və İrlandiya Respublikasındakı məktəblərə də göndərilib. Lakin həmin ölkələrdə mesajlar qısa müddətdə saxta kimi qiymətləndirilib və dərslərin keçirilməsinə mane olmayıb. İtaliyada isə valideynlər uşaqlarını məktəbdən götürmək üçün təcili təhsil müəssisələrinə üz
Dünya11.11.2026 18:06
“Como”nun qələbəsi Avropa mediasının gündəmində
UEFA Çempionlar Liqasının IV turunda İtaliyanın “Como” klubu səfərdə Fransanın “Lens” komandasını 9:1 hesabı ilə darmadağın edib. Görüşün nəticəsi Avropa mediasında geniş müzakirələrə səbəb olub. İtaliya təmsilçisinin tarixi qələbəsi yüksək qiymətləndirildiyi halda, “Lens”in ağır məğlubiyyəti Fransa mediası tərəfindən sərt tənqid edilib. Sfera.az xəbər verir ki, baş məşqçi Sesk Fabreqasın rəhbərlik etdiyi “Como” Fransada baş tutan qarşılaşmada rəqibinə heç bir şans verməyib. Görüşdən sonra
İdman05.11.2026 13:32
İtaliyada 6 bala yaxın zəlzələ oldu
İtaliyanın Siciliya adası sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Sfera.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin Siciliya adasının Palermo şəhərindən təxminən 98 kilometr məsafədə baş verdiyi bildirilir. Yeraltı təkanların geniş ərazidə hiss olunduğu qeyd edilib. Bəsti Rəfizadə Sfera.az
Dünya23.10.2026 16:20
Azərbaycan müdafiə sənayesində tərəfdaşlarını genişləndirir: 4 ölkə ilə əməkdaşlıq nə vəd edir?
Azərbaycanın müdafiə və hərbi-texniki sahədə beynəlxalq tərəfdaşlıqları müxtəlif istiqamətlər üzrə inkişaf edir. Türkiyə ilə strateji müttəfiqlikdən əlavə, Pakistan, İsrail, İtaliya və Özbəkistanla əlaqələr də ölkənin hərbi imkanlarının gücləndirilməsi, təcrübə mübadiləsi və yeni texnologiyalara çıxış baxımından diqqət çəkir. Sfera.az xəbər verir ki, bu ölkələrlə əməkdaşlığın formatı və miqyası fərqlidir. Bəzi tərəfdaşlarla hərbi-texniki əlaqələr və müdafiə texnologiyaları ön plana çıxır,
Siyasət22.10.2026 19:38
İtaliya müdafiə naziri: “Ukrayna bu müharibədə heç vaxt qalib gələ bilməyəcək”
İtaliyanın müdafiə naziri Guido Krosetto Ukraynanın Rusiya ilə müharibədə qələbə qazana bilməyəcəyini bildirib. Sfera.az xəbər verir ki, nazir bu barədə BBC-yə müsahibəsində danışıb. “Ukrayna bu müharibədə heç vaxt qalib gələ bilməyəcək. Mənim məqsədim Ukraynanın sağ qalmasına və müharibəyə son qoymasına kömək etməkdir”, – deyə Krosetto qeyd edib. Nazir bildirib ki, İtaliya hökuməti indiyədək Ukraynaya 12 hərbi yardım paketi təqdim edib. Onun sözlərinə görə, ilin sonuna qədər Kiyevə daha bir
Dünya19.10.2026 12:42
Avropada etirazlar şiddətə çevrildi: İtaliyada da xaos yaşanır
Fransada başlayan etirazlar zamanı baş verən zorakılıq halları Avropanın digər ölkələrinə də yayılıb. İtaliyanın Milan şəhərində ardıcıl ikinci gecə iğtişaşlar yaşanıb, ölkənin Baş naziri Corcia Meloni təcili təhlükəsizlik toplantısının keçirilməsi barədə qərar verib. Sfera.az xəbər verir ki, Fransada yarım milyona yaxın insanın iştirak etdiyi etirazlardan sonra ölkə Prezidenti Emmanuel Makron nümayişçiləri kəskin tənqid edib və birlik çağırışı edib. Makron bildirib ki, ölkəni nəzarətsiz
Dünya19.10.2026 10:38
NATO-nun nüvə təlimləri İtaliyada keçiriləcək
Oktyabrın 13-dən etibarən İtaliya NATO-nun illik “Steadfast Noon” hərbi təlimlərinə ev sahibliyi edəcək. On gün davam edəcək təlimlər nüvə xarakteri daşısa da, onların gedişində real nüvə döyüş başlıqlarından istifadə edilməyəcək. Təlimlərin əsas məqsədi müttəfiq qüvvələr arasında koordinasiyanın, prosedurların və təhlükəsizlik standartlarının yoxlanılmasıdır. Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi NATO nümayəndələrinin açıqlamalarına istinadən məlumat yayıb. İtaliya Hərbi
Media09.10.2026 16:11
Daha bir futbol əfsanəsi vəfat etdi
İtaliyanın “İnter” klubunun əfsanəvi futbolçusu Sandro Mazzola 83 yaşında dünyasını dəyişib. Sfera.az xəbər verir ki, klubun mətbuat xidməti keçmiş hücumçunun vəfat etdiyini açıqlayıb. Mazzola 18 yaşında “İnter”in əsas komandasında debüt edib və 1977-ci ilə qədər klubun formasını geyinib. O, “İnter”lə 4 dəfə İtaliya çempionu olub, 2 Çempionlar Kuboku və 2 Qitələrarası Kubok qazanıb. Ümumilikdə klubda 565 oyuna çıxaraq 158 qol vurub. İtaliya millisində 70 oyun keçirən Mazzola 22 qola imza atıb.
Media19.09.2026 20:03
Cəmi 45 dəqiqə: Ən qısa müddət hakimiyyətdə QALANLAR
İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin siyasi tarixində yeni rekorda imza atıb. Sfera.az xəbər verir ki, Meloninin rəhbərlik etdiyi hökumət İkinci Dünya müharibəsindən sonra İtaliyada ən uzun müddət fasiləsiz fəaliyyət göstərən hökumət olub. O, 2022 - ci ilin oktyabrında baş nazir vəzifəsinə gəlib. Meloninin hökuməti 1 413 gün fəaliyyət göstərərək Silvio Berluskoninin 1 412 günlük rekordunu geridə qoyub. İtaliya siyasi tarixində bu göstərici xüsusilə diqqətçəkəndir. Çünki ölkədə 1946 -
Cəmiyyət04.09.2026 13:19
Avropada miqrasiya böhranı dərinləşir
Avropada qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət gərginləşməkdə davam edir. İtaliya İspaniyanın Şimali Afrikadakı ərazisi Seutaya miqrant axınından sonra tətbiq etdiyi sərhəd nəzarətinin müddətini daha 15 gün uzadıb. Sfera.az xəbər verir ki, İtaliyanın daxili işlər naziri Matteo Piantedosi bildirib ki, qərar sərhəd təhlükəsizliyi üzrə aparılan təhlillərə əsaslanır. Onun sözlərinə görə, tədbirin tətbiqinə səbəb olan risklər hələ də davam edir. Nazir bunun son uzatma olacağına ümid etdiyini və
Media31.08.2026 20:39
İtaliya bürküyə təslim oldu: Əhali günorta çölə çıxa bilmir
İtaliyada yay mövsümünün əvvəlindən etibarən müşahidə olunan beşinci isti hava dalğası səbəbilə bu gün ölkənin 9 şəhərində “qırmızı həyəcan” elan edilib. Sfera.az xəbər verir ki, ölkənin mərkəzi və cənub bölgələrində həftənin əvvəlindən yeni isti hava dalğası hökm sürür. İtaliya Səhiyyə Nazirliyi də yay mövsümünün əvvəlindən müşahidə olunan beşinci isti hava dalğasının mənfi təsirlərinə qarşı əhalini xəbərdar etmək məqsədilə yüksək risk altında olan bəzi əraziləri “qırmızı” kateqoriyaya daxil
Dünya28.08.2026 13:01
"Sabah"ın rəqibləri bu gün müəyyənləşəcək
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibləri bu gün bilinəcək. Sfera.az xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" 4-cü səbətdə yer alıb. 1-ci səbət: PSJ (Fransa), "Bavariya" (Almaniya), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya),
İdman27.08.2026 09:55
Dünya liderlərinin neçə övladı var? – Siyahı təəccübləndirdi
Dünya liderlərinin ailə həyatı və övladlarının sayı ictimaiyyətin maraq göstərdiyi mövzulardan biridir. Bəzi liderlərin övladları ictimaiyyət qarşısında görünsə də bir qismi siyasi gündəmdən uzaq və daha sakit həyat sürür. Bəs dünya liderlərinin neçə övladı var? Sfera.az dünya liderlərinin övladlarının sayını təqdim edir: Azərbaycan Prezidenti İlham Əliyevin 3 övladı var – bir oğlu və iki qızı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 4 övladı var – iki qız və iki oğlan. Pakistanın Baş naziri
Media10.08.2026 20:11














