İtaliya bürküyə təslim oldu: Əhali günorta çölə çıxa bilmir

İtaliya bürküyə təslim oldu: Əhali günorta çölə çıxa bilmir
Kateqoriya məlum deyil
T

İtaliyada yay mövsümünün əvvəlindən etibarən müşahidə olunan beşinci isti hava dalğası səbəbilə bu gün ölkənin 9 şəhərində “qırmızı həyəcan” elan edilib.

Sfera.az xəbər verir ki, ölkənin mərkəzi və cənub bölgələrində həftənin əvvəlindən yeni isti hava dalğası hökm sürür.

İtaliya Səhiyyə Nazirliyi də yay mövsümünün əvvəlindən müşahidə olunan beşinci isti hava dalğasının mənfi təsirlərinə qarşı əhalini xəbərdar etmək məqsədilə yüksək risk altında olan bəzi əraziləri “qırmızı” kateqoriyaya daxil edib.

Bununla əlaqədar ölkənin mərkəzi və cənub bölgələrində yerləşən Bari, Kalyari, Kampobasso, Kataniya, Latina, Messina, Palermo, Roma və Reggio Kalabriya şəhərlərində “qırmızı həyəcan” elan olunub.

Səhiyyə Nazirliyi günəşdən qorunmaqla bağlı bir sıra xəbərdarlıqları və qabaqlayıcı tədbirləri yenidən diqqətə çatdırıb. Xüsusilə yaşlıların, uşaqların və xəstələrin günün ən isti saatları olan 11:00-18:00 arasında açıq havada olmaması tövsiyə edilib.

Həddindən artıq isti hava paytaxt Romaya səfər edən turistlərə və şəhər sakinlərinə də çətin anlar yaşadıb.

Xüsusilə şəhərin məşhur turistik məkanlarını ziyarət edən turistlərin günəşdən qorunmaq üçün çətir və sərinləmək üçün fəvvarələrin qarşısında növbə yaratdığı bildirilib.

Digər tərəfdən, ölkənin cənubundakı Siciliya adasının müxtəlif ərazilərində baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR