İtaliya müdafiə naziri: “Ukrayna bu müharibədə heç vaxt qalib gələ bilməyəcək”

İtaliya müdafiə naziri: “Ukrayna bu müharibədə heç vaxt qalib gələ bilməyəcək”
Kateqoriya məlum deyil
T

İtaliyanın müdafiə naziri Guido Krosetto Ukraynanın Rusiya ilə müharibədə qələbə qazana bilməyəcəyini bildirib.


Sfera.az xəbər verir ki, nazir bu barədə BBC-yə müsahibəsində danışıb.


“Ukrayna bu müharibədə heç vaxt qalib gələ bilməyəcək. Mənim məqsədim Ukraynanın sağ qalmasına və müharibəyə son qoymasına kömək etməkdir”, – deyə Krosetto qeyd edib.


Nazir bildirib ki, İtaliya hökuməti indiyədək Ukraynaya 12 hərbi yardım paketi təqdim edib. Onun sözlərinə görə, ilin sonuna qədər Kiyevə daha bir yardım paketinin göndərilməsi də mümkündür.


Qeyd edək ki, Roma Ukraynaya hərbi dəstəyini davam etdirir və növbəti yardım paketini hazırlayır. Göndəriləcək hərbi vasitələrin siyahısı məxfi saxlanılsa da, paketə hava hücumundan müdafiə sistemləri üçün komponentlərin daxil olacağı bildirilib.


Eyni zamanda, İtaliyanın hakim koalisiyasında təmsil olunan “Liqa” partiyası Ukraynaya hərbi təchizatın dayandırılmasına çağırıb.


Rusiya tərəfi isə dəfələrlə Ukraynaya silah tədarükünün münaqişəni uzatdığını bəyan edib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR