"Sabah"ın rəqibləri bu gün müəyyənləşəcək

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibləri bu gün bilinəcək.
Sfera.az xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" 4-cü səbətdə yer alıb.
1-ci səbət: PSJ (Fransa), "Bavariya" (Almaniya), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Liverpul", "Arsenal", "Mançester Siti" (hamısı İngiltərə), "İnter" (İtaliya).
2-ci səbət: "Borussiya" (Dortmund, Almaniya), "Roma" (İtaliya), "Sportinq", "Portu" (hər ikisi Portuqaliya), "Mançester Yunayted", "Aston Villa" (hər ikisi İngiltərə), "Brügge" (Belçika), "Betis" (İspaniya), PSV (Niderland).
3-cü səbət: "Feyenoord" (Niderland), "Lill" (Fransa), "Budyo-Qlimt" (Norveç), "Napoli" (İtaliya), "Leyptsiq" (Almaniya), "Vilyarreal" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Qalatasaray", "Fənərbağça" (hər ikisi Türkiyə).
4-cü səbət: "Slaviya" (Çexiya), "Slovan" (Slovakiya), "Ştutqart" (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), "Komo" (İtaliya), "Lans" (Fransa), "Vikinq" (Norveç), "Sabah" (Azərbaycan).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.






