Logo

“Como”nun qələbəsi Avropa mediasının gündəmində

“Como”nun qələbəsi Avropa mediasının gündəmində
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Çempionlar Liqasının IV turunda İtaliyanın “Como” klubu səfərdə Fransanın “Lens” komandasını 9:1 hesabı ilə darmadağın edib. Görüşün nəticəsi Avropa mediasında geniş müzakirələrə səbəb olub. İtaliya təmsilçisinin tarixi qələbəsi yüksək qiymətləndirildiyi halda, “Lens”in ağır məğlubiyyəti Fransa mediası tərəfindən sərt tənqid edilib.

Sfera.az xəbər verir ki, baş məşqçi Sesk Fabreqasın rəhbərlik etdiyi “Como” Fransada baş tutan qarşılaşmada rəqibinə heç bir şans verməyib.

Görüşdən sonra İtaliya, Fransa, İngiltərə, İspaniya, Almaniya və Portuqaliya mediasında diqqətçəkən başlıqlar dərc olunub. İtaliya klubunun qollarını Anastasios Douvikas (3), Niko Pas, Lukas Da Kunha, Oliver Kempf, Mattia Liberali, Martin Baturina və Matteo Papaccioli vurublar. “Lens”in yeganə qoluna isə Ruben Aqilar imza atıb. Bu nəticə ilə “Como” Çempionlar Liqası tarixində ən böyük hesablı qələbə rekordunu təkrarlayıb.

Fransanın “Le Figaro” qəzeti məğlubiyyəti tarixi fiasko kimi qiymətləndirərək “Yuxu görmürsünüz, hesab səhv deyil” başlığını seçib. Nəşr qarşılaşmadan sonra “Lens”in meydanında yaşadığı ağır məğlubiyyəti əsl kabus adlandırıb.

“L'Equipe” qəzeti isə nəticəni “tarixi alçalma” kimi xarakterizə edib. “RMC Sport” matçla bağlı “Çempionlar Liqasında Lensin son dərəcə utancverici çöküşü” başlığını yayımlayıb.

“Le Monde” nəşri də klubun 120 illik tarixində belə ağır məğlubiyyətin nadir hallarda yaşandığını, oxşar nəticənin sonuncu dəfə 1940-cı ildə Marsel qarşısında qeydə alındığını xatırladıb.

İspaniyanın “Marca” nəşri isə “Como tarix yazdı” başlığından istifadə edib. Yazıda cəmi altı mövsüm əvvəl İtaliyanın üçüncü liqasında çıxış edən klubun Avropanın ən nüfuzlu turnirində belə nəticə əldə etməsinin diqqətçəkən olduğu bildirilib.

Almaniyanın “Kicker” nəşri də “Como”nun tarixi qələbə ilə Çempionlar Liqasının tarixinə düşdüyünü yazıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR