Logo

Daha bir ölkə qoşuldu: Sosial şəbəkə qadağası gəlir

Daha bir ölkə qoşuldu: Sosial şəbəkə qadağası gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliyada 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan edən qanun dəyişikliyinin ilin sonunadək parlament tərəfindən təsdiqlənməsi gözlənilir.

Sfera.az xəbər verir ki, İtaliya hökuməti yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Bu addım Avstraliya, Braziliya, Yunanıstan, Türkiyə, İndoneziya və Malayziyanın oxşar təşəbbüslərindən sonra gündəmə gəlib.

Hazırlanan dəyişikliyə əsasən 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması tamamilə qadağan ediləcək. 13-15 yaş arası yeniyetmələrə yalnız hesablarının valideynlərindən birinin hesabına bağlanması şərti ilə sosial mediadan istifadə etməyə icazə veriləcək. 16 yaşdan etibarən isə müstəqil sosial media hesabı açmaq mümkün olacaq.

İtaliyanın Baş naziri Corcia Meloninin təmsil olunduğu “İtaliya Qardaşları” partiyasının deputatı Fabio Rampelli bildirib ki, bu dəyişiklik uşaqlarının rəqəmsal asılılığı ilə mübarizə aparan valideynlər və yeniyetmələr üçün mühüm dönüş nöqtəsi ola bilər.

İradə Elsevər

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR