faiz
Dollar ucuzlaşdı
ABŞ-də aralıq seçkilərin nəticələri qlobal maliyyə bazarlarında riski artırıb. Nəticədə dollar ucuzlaşmaqda davam edib, funt sterlinq isə son yeddi həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb. Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, noyabrın 5-də dolların ucuzlaşması ilə yanaşı, Yaponiya yeni də möhkəmlənib. Bu, Yaponiya Bankının sentyabr iclasının protokollarının faiz dərəcələrinin daha da artırılacağına dair gözləntiləri gücləndirməsindən sonra baş verib. ABŞ-də keçirilən aralıq
İqtisadiyyat05.11.2026 10:11
İnflyasiya son 3 ilin ən yüksək həddinə çatdı: Qiymətlər artır
Avrozonada illik inflyasiya oktyabr ayında 4 faizə yüksələrək son üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatıb. Bahalaşmanın əsas səbəbi enerji qiymətlərinin kəskin artmasıdır. İtaliyada inflyasiya daha sürətlə yüksəldiyi halda, Almaniyada əks tendensiya qeydə alınıb. Sfera.az xəbər verir ki, “Euronews”un məlumatına görə, Avropa Statistika İdarəsinin (Eurostat) ilkin hesablamalarına əsasən, sentyabrda 3,8 faiz olan illik inflyasiya oktyabrda 4 faizə çatıb. Bu göstərici iqtisadçıların
İqtisadiyyat04.11.2026 19:31
Pensiyaların nə qədər artacağı bəlli oldu
2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Sfera.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərcləri 8 milyard 669,43 milyon manat nəzərdə tutulub. Bu, 2026-cı ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 676,55 milyon
İqtisadiyyat04.11.2026 18:24
Türkiyədə dollar bahalaşdı - Yeni məzənnə
Türkiyədə milli valyutanın ABŞ dollarına nəzərən ucuzlaşması davam edir. Sfera.az xəbər verir ki, bu gün birjalarda dollar/lirə məzənnəsində yeni rekord qeydə alınıb. Bir dollar 0,11 faiz bahalaşaraq 50 lirə olub. Lirənin dollara nəzərən ucuzlaşması uzunmüddətli prosesdir. Dollar Türkiyədə 2023-cü ilin may ayından başlayaraq davamlı yüksəlir. Bu hal "idarə olunan dəyərsizləşdirmə" kimi də qiymətləndirilir. Mərkəzi Bank dolların kəskin sıçrayışlarının qarşısını almaq və inflyasiyaya mənfi
İqtisadiyyat04.11.2026 14:47
"Apple" satışlarının həcmini açıqladı: 12 faiz artım var
ABŞ-nin və dünyanın ən dəyərli şirkəti olan "Apple" iyul-sentyabr dövrü üzrə rüblük gəlirini açıqlayıb. Sfera.az xəbər verir ki, şirkətdən açıqlanan məlumata əsasən, son rübdə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 12 faiz artıb. Hesabata əsasən, şirkətin bu dövrdəki xalis satışı illik müqayisədə təxminən 12 faiz artaraq 114,5 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 102,5 milyard dollar təşkil etmişdi. Şirkətin xalis mənfəəti də
İqtisadiyyat03.11.2026 11:28
Banklarda manat bolluğu: Faiz enişi qaçınılmaz idi
Azərbaycan banklarında manatla olan əmanətlərin faiz dərəcələri aşağı düşməkdə davam edir. Hazırda bankların böyük əksəriyyəti 18-24 aylıq müddətə yerləşdirilən və faizləri hər ay götürülən əmanətlərə görə illik maksimum 9 faiz təklif edir. Sfera.az xatırladır ki, əmanət faizlərinin aşağı salınması prosesi 2025-ci ilin ikinci yarısından başlayıb, 2026-cı ildə isə daha da sürətlənib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci yarısında banklara 12 faizlə manat yerləşdirmək mümkün idi. Ötən
İqtisadiyyat02.11.2026 15:57
Azərbaycanda hansı kreditlər vətəndaşın cibinə daha çox ziyan vurur? – ARAŞDIRMA
Azərbaycanda kredit götürərkən vətəndaşın ödədiyi məbləğ yalnız borcun əsas hissəsindən ibarət olmur. Faizlər, komissiyalar, mümkün sığorta xərcləri və kreditin müddəti yekun məbləği əhəmiyyətli dərəcədə artıra bilər. Bəzi kredit növlərində yüksək illik faiz dərəcəsi, digərlərində isə borcun qısa müddətdə qaytarılması tələbi və gecikmə şərtləri vətəndaşın maliyyə yükünü ağırlaşdırır. Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, 2026-cı ilin sentyabr ayının sonuna kredit kartları üzrə orta
İqtisadiyyat28.10.2026 14:07
Tütün idxalı artır: Qiymətlərə təsiri olacaq?
Azərbaycana tütün və tütünün sənaye əvəzedicilərinin idxalında ciddi artım müşahidə olunur. Yanvar-sentyabr aylarında 111,5 milyon dollarlıq idxal həyata keçirilib ki, bu da 17 faiz artım deməkdir. Maraqlıdır, bu il tütün idxalının artması nə ilə bağlıdır? Daha çox idxal siqaret qiymətlərinə necə təsir edir? İqtisadçı Günay Hüseynova Sfera.az -a açqlamasında bu ilin yanvar-sentyabr aylarında Azərbaycana tütün və tütünün sənaye əvəzedicilərinin idxalının 17 faiz artaraq 111,5 milyon dollara
İqtisadiyyat26.10.2026 16:08
Neft qiymətləri son 6 ayın rekordunu qırdı
Dünya bazarında neftin qiyməti ötən həftə son altı ayın ən yüksək səviyyəsinə yaxınlaşdıqdan sonra ucuzlaşıb. Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı xam neftinin bir bareli 1,76 dollar və ya 1,7 faiz ucuzlaşaraq 101,51 dollara düşüb. “Brent” markalı neftin bir bareli isə 1,49 dollar və ya 1,28 faiz azalaraq 115,23 dollar təşkil edib. Qiymətlərin enməsi ABŞ və İran arasında gərginliyin azala biləcəyinə dair ümidlərlə
İqtisadiyyat26.10.2026 13:22
Azərbaycan yanacağı Ermənistanda qiymətləri 20–30 faiz azaldıb - Səfir
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolda hələ də müəyyən çağırışlar mövcuddur. Azərbaycan üçün Ermənistanın Konstitusiyasından Azərbaycanın ərazilərinə qarşı ərazi iddialarına dair istinadları rəsmi şəkildə və birdəfəlik çıxarması mühüm əhəmiyyət kəsb edir. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovun "The Telegraph"da dərc olunan məqaləsində qeyd
Siyasət24.10.2026 14:27
Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR
2026-cı ilin ilk 9 ayında Azərbaycanın istehlak bazarında ərzaq inflyasiyası mal qrupları üzrə qeyri-bərabər paylanıb. Ümumi ərzaq səbətində orta hesabla 7 faizə yaxın bahalaşma qeydə alınsa da, bəzi məhsullar üzrə bu göstərici kəskin fərqlənib. Müəyyən məhsullarda qiymətlər 30-40 faizədək artdığı halda, bəzi mallarda 30 faizdən çox ucuzlaşma müşahidə edilib. Bəs bu ilin 9 ayında ən çox bahalaşan və ucuzlaşan məhsullar hansılar olub? Sfera.az bildirir ki, 2026-cı ilin sentyabr və 2025-ci ilin
İqtisadiyyat23.10.2026 15:45
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
Azərbaycanda köhnə və qəzalı binaların sökülməsi, həmin ərazilərdə yeni yaşayış komplekslərinin inşası zamanı mənzil sahiblərinə veriləcək kompensasiya məsələsi aktuallığını qoruyur. Belə hallarda ev sahiblərinə ödəniləcək məbləğin müəyyənləşdirilməsi, mənzilin bazar dəyərinin nəzərə alınması və vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır. Bəs binanın sökülməsi qərarı verilərsə, ev sahibinə verilən kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır? Sfera.az xəbər verir ki,
Cəmiyyət19.10.2026 20:39
Qızıl və gümüş bahalaşdı
Nyu-York əmtəə birjasında qızıl və gümüşün qiymətində artım qeydə alınıb. Sfera.az xəbər verir ki, COMEX birjasında qızıl fyuçerslərinin qiyməti 1,45 faiz yüksələrək bir troya unsiyası üçün 4 167 ABŞ dollarına çatıb. Gümüşün fyuçerslərinin qiyməti isə 0,57 faiz artaraq bir unsiya üçün 56,19 ABŞ dolları təşkil edib. Fatimə Sfera.az
İqtisadiyyat15.10.2026 09:33
Sentyabrda tərəvəzlər bahalaşıb - SƏBƏBLƏR
2026-cı ilin sentyabrında tərəvəzlərin qiymət səviyyəsində ciddi artım baş verib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sentyabrda tərəvəz məhsullarının ümumi qiymət səviyyəsi avqusta nisbətən 6,9 faiz yüksəlib. Sfera.az xatırladır ki, aylıq müqayisədə tərəvəzlərdə bahalaşma avqustdan müşahidə edilir. Avqustda tərəvəzlərin qiymət səviyyəsi 0,3 faiz yüksəlmişdi. Amma iyulda tərəvəzlər 4,2 faiz, iyunda 6,7 faiz ucuzlaşmışdı. Sentyabrda tərəvəzlərin bahalaşması birbaşa mövsümi amillərlə
İqtisadiyyat13.10.2026 10:57
Bakıda fərdi evlər bahalaşır - Ekspert səbəbləri AÇIQLADI
Bakıda fərdi yaşayış evlərinin qiyməti sentyabr ayında illik müqayisədə 13,5 faiz, aylıq müqayisədə 1,2 faiz artıb. Ən yüksək bahalaşma Səbail rayonunda qeydə alınıb. Daşınmaz əmlak eksperti Vüqar Oruc Sfera.az -a açıqlamasında bildirib ki, qarşıdakı aylarda da fərdi yaşayış evlərinin qiymətində artımın davam edəcəyi gözlənilir. Ekspertin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri Bakıda torpaq sahələrinin məhdud olmasıdır: “Torpağın qiymətinin yüksəlməsi fərdi yaşayış evlərinin
İqtisadiyyat06.10.2026 15:49
Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda heyvandarlıq məhsulları, xüsusilə də qırmızı ət bahalaşsa da, son aylarda kərə yağının ucuzlaşması müşahidə edilir. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az -a açıqlamasında bildirib ki, kərə yağının qiymət dinamikasını mal-qaranın qiyməti ilə birbaşa əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, Azərbaycan kərə yağı bazarında böyük ölçüdə idxaldan asılıdır və qiymətlərə dünya bazarındakı vəziyyət, idxalçıların məhsulu hansı ölkələrdən gətirməsi, logistika
İqtisadiyyat29.09.2026 13:13
Banklar əmanət faizlərini endirir - SƏBƏBLƏR
Azərbaycanda artıq iki ildir ki, banklara manatla yerləşdirilən əmanətlərin faiz dərəcələrində azalma dinamikası davam edir. 2024-cü ildə bəzi banklar manatla depozitləri illik 12 faizlə qəbul etdiyi halda, hazırda maksimal faiz dərəcəsi 10 faiz səviyyəsində yekunlaşır. İndi böyük banklar əmanətləri 8–9,5 faizlə, orta və kiçik həcmli banklar isə 9–10 faiz dərəcəsi ilə qəbul edirlər. Sfera.az bildirir ki, bankların əmanət faizlərini azaltmasını bir neçə əsas səbəblə əlaqələndirmək olar. İlk
İqtisadiyyat29.09.2026 11:57
Pensiyalar 10 faiz artdı: Bəs pensiyaçılara nə qədər pul qalır? – AÇIQLANDI
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında real olaraq nə qədər əlavə imkan yaratmasıdır. Bu baxımdan 2026-cı ilin yanvar-avqust aylarının göstəriciləri maraqlı mənzərə ortaya qoyur. 2026-cı ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə
İqtisadiyyat22.09.2026 08:25
Bakı Limanında yükaşırma 3% artıb
Cari ilin yanvar-avqust aylarında ADY-nin Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb. “Azərbaycan Dəmir Yolları”ndan Sfera.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur. Hesabar dövründə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib. 2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib.
İqtisadiyyat17.09.2026 18:40
Çində avtomobil satışları azalıb - Daha çox məhsul ixraca yönəlib
2026-cı ilin avqustunda Çində avtomobil satışları illik müqayisədə 24 faiz azalaraq 1,54 milyon ədədə düşüb. Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, satış dinamikasında azalma bu ilin əvvəlindən müşahidə edilir. Əvvəlki illə müqayisədə bu il satışların 20 faiz azalması qeydə alınıb. Əvəzində Çindən avtomobil ixracı artıb. Yalnız avqustda Çindən avtomobil ixracı 78 faiz artaraq 888 min ədədə çatıb. Çindən elektrikli mühərriklə təchiz edilən avtomobil ixracı da artır. BYD proqnozlaşdırır
İqtisadiyyat08.09.2026 13:26
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı
Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanın 10 faizdən yüksək olması, 10-14 faiz intervalında formalaşması ehtimalı da istisna edilmir. Məsələnin əsasını əməkhaqqının artımı təşkil edir. Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsi
İqtisadiyyat31.08.2026 08:58
Sosial müavinət alanlarla bağlı yeni xəbər
Dövlət tərəfindən ödənilən aylıq sosial müavinətlərdən yararlanan vətəndaşların sayında artım qeydə alınıb. Dövlət Statistika Komitəsindən Sfera.az -a bildirilib ki, 2026-cı il iyulun 1-i vəziyyətinə ölkə üzrə 476 310 nəfər aylıq sosial müavinət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Bu kateqoriya üzrə yaşa görə müavinət alanların sayı 6,2 faiz artaraq 176 398 nəfərə, əlilliyə görə müavinət alanların sayı isə 1,2 faiz artımla 223 862 nəfərə çatıb.
Cəmiyyət28.08.2026 18:11
Pensiyalar bu qədər ARTACAQ - AÇIQLAMA
2026-cı ildə pensiyaların 9,3 faiz indeksləşdirilməsi növbəti ildə də artımın hansı həcmdə olacağı ilə bağlı gözləntiləri artırıb. Qanunvericiliyə əsasən, əmək pensiyalarının sığorta hissəsi hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Bəs, 2026-cı ildə əməkhaqqı və digər iqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla, 2027-ci ilin əvvəlində pensiyaların artım faizi təxminən hansı səviyyədə ola bilər və bu artım pensiyaçıların real
İqtisadiyyat21.08.2026 23:02
Azərbaycanda deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU YAYDI
Milli Məclisin deputatı, tanınmış kardioloq Rəşad Mahmudov sosial şəbəkə hesabında bir ay əvvəl əməliyyat etdiyi xəstəsi ilə video paylaşıb. Sfera.az xəbər verir ki, videoda R.Mahmudov əməliyyatdan əvvəl ürəyinin gücü cəmi 15 faiz olan xəstənin hazırkı vəziyyətindən danışıb. Deputat bildirib ki, yüksək riskli əməliyyatdan bir ay sonra xəstənin ürəyinin gücü 20 faizə yüksəlib. O bildirib ki, belə ağır vəziyyətdə olan xəstələrin müalicəsi həkim qarşısında ciddi məsuliyyət və riskli qərarlar
Sağlıq18.08.2026 18:49
























