Azərbaycanda deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU YAYDI

Azərbaycanda deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU YAYDI
Kateqoriya məlum deyil
T

Milli Məclisin deputatı, tanınmış kardioloq Rəşad Mahmudov sosial şəbəkə hesabında bir ay əvvəl əməliyyat etdiyi xəstəsi ilə video paylaşıb.

Sfera.az xəbər verir ki, videoda R.Mahmudov əməliyyatdan əvvəl ürəyinin gücü cəmi 15 faiz olan xəstənin hazırkı vəziyyətindən danışıb.

Deputat bildirib ki, yüksək riskli əməliyyatdan bir ay sonra xəstənin ürəyinin gücü 20 faizə yüksəlib.

O bildirib ki, belə ağır vəziyyətdə olan xəstələrin müalicəsi həkim qarşısında ciddi məsuliyyət və riskli qərarlar qoyur:

"Ürək çatışmazlığı bu gün dünyada ən ağır və proqnozu ciddi olan xəstəliklərdən biridir. Xüsusilə irəliləmiş mərhələlərdə bu xəstəliyin ölüm riski yüksək olur.

Bəzən qarşımızda müdaxilə edilmədiyi təqdirdə yaşamaq şansı son dərəcə aşağı olan bir xəstə dayanır. Müdaxilə isə ona 70-80 faiz uğur şansı verə bilər, lakin eyni zamanda 20-30 faiz ciddi ağırlaşma və ya ölüm riskini də özündə daşıya bilər. Yüksək riskli müdaxilələrdə həkim yalnız mümkün mənfi nəticədən qorxaraq qərar verməkdən çəkinməməlidir. Əgər həkim hər dəfə "birdən nəticə pis olar" qorxusu ilə yüksək riskli xəstəyə müdaxilə etməkdən çəkinərsə, həmin uğursuzluqdan qaçmaq naminə xilas edilə biləcək onlarla, bəzən yüzlərlə insanın yaşamaq şansını da əlindən almış olarıq”.

Deputat əlavə edib ki, riskin yüksək olması tibbi qərarın məsuliyyətini daha da artırır:

“Yüksək risk heç vaxt məsuliyyətsiz qərara haqq qazandırmır. Əksinə, risk artdıqca doğru diaqnoz, doğru göstəriş, doğru zamanlama, kifayət qədər təcrübə və doğru komanda daha böyük əhəmiyyət daşıyır. Məqsəd ağır vəziyyətdə olan xəstələri ümidsiz buraxmamaq və tibbin imkanlarından maksimum istifadə etməkdir.

“Arzumuz budur ki, bütün bu imkanlardan istifadə edərək heç bir insanı ümidsiz buraxmayaq. Eyni zamanda cəmiyyət olaraq da tibbin imkanlarına, yüksək riskli müdaxilələrə və onların nəticələrinə daha adekvat, məntiqli və ədalətli yanaşmağı bacaraq”, - deyə o vurğulayıb./modern

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR