Logo

Bakı Limanında yükaşırma 3% artıb

Bakı Limanında yükaşırma 3% artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cari ilin yanvar-avqust aylarında ADY-nin Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

“Azərbaycan Dəmir Yolları”ndan Sfera.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.

Hesabar dövründə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.

2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR