ABŞ qurudan İrana hücum edəcək? - AÇIQLAMA
ABŞ dövlət katibi Marko Rubio İranı “Yaxın Şərqdə qeyri-sabitliyin və müharibələrin bir nömrəli səbəbi” və “sülhün qarşısındakı ən böyük maneə” adlandırıb. Bu barədə o, “Breitbart”a müsahibəsində danışıb. Dövlət katibi bildirib ki, İran olmasaydı, Fələstin məsələsinin həlli daha asan olardı. Rubionun sözlərinə görə, ABŞ İranın hərbi potensialının böyük hissəsini, o cümlədən hərbi dəniz və hava qüvvələrini, raket və dron istehsal edən zavodları məhv edib. O əlavə edib ki, hazırda İranın geniş