"Xüsusilə müsəlman ölkələri təfəindən bizə qarşı belə addım qəbuledilməzdir"

"Xüsusilə müsəlman ölkələri təfəindən bizə qarşı belə addım qəbuledilməzdir"
Kateqoriya məlum deyil
T

Məktəblərdə vahid geyim qaydaları ətrafında yaranan müzakirələr son dövrlər Azərbaycan və Türkiyə ilə bağlı müzakirələrdə gündəmə gələn mövzulardan biridir.

Mövzu ətrafında səsləndirilən fikirlər, xüsusilə sərt açıqlamalar bu məsələnin iki ölkə arasındakı münasibətlər kontekstində də müzakirəsinə səbəb olur.

Bəs hicab məsələsinin Bakı-Ankara münasibətlərində gündəmə gətirilməsinin səbəbi nədir?

Bu haqa Milli Məclisin deputatı Ceyhun Məmmədov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, bu, Azərbaycanın daxili işidir və heç kim Azərbaycanın daxili işlərinə qarışmamalıdır:

“Azərbaycan dəfələrlə bu məsələyə öz reaksiyasını verib, münasibətini bildirib. Cənab Prezidentin yanaşması ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir. Bu, Azərbaycanın daxili işidir və heç kim Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Azərbaycan xalqının öz həyat tərzi var. Cənab Prezidentin mövqeyi də ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət həyata keçirir”.

Deputat bu gün hicab məsələsinin Türkiyədə və bir sıra müsəlman ölkələrində həssas məsələ olduğunu qeyd edib:

“Bunlar həssas mövzular olsa da, Azərbaycan bir daha xüsusi olaraq vurğulayır ki, müstəqil siyasət həyata keçirir. Bu gün Azərbaycanın yürütdüyü siyasət müstəqildir və heç kim ölkəmizin daxili işlərinə qarışmamalıdır. Digər məsələlərə və məqamlara gəlincə, qeyd etməliyəm ki, bu cür addımlar heç də yaxşı deyil. Azərbaycana qarşı belə bir addımın atılması, bu cür fəaliyyətin həyata keçirilməsi qəbuledilməzdir və yolverilməzdir. Xüsusilə də müsəlman ölkələri tərəfindən bu cür addımların atılması, bizə qarşı belə cəhdlərin göstərilməsi birmənalı şəkildə qəbuledilməzdir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR