ABŞ-də seçkilər Trampın prezidentliyinə təsir edə bilər

ABŞ-də seçkilər Trampın prezidentliyinə təsir edə bilər
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər Konqresdə qüvvələr nisbətini müəyyənləşdirəcək və Prezident Donald Trampın prezidentlik müddətinin son iki ilinə təsir göstərə bilər.

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, demokratlar Nümayəndələr Palatasında və Senatda çoxluğu əldə etməyə ümid edirlər. Bu, onlara prezident administrasiyasına nəzarəti gücləndirmək və Trampın təşəbbüslərinin həyata keçirilməsini çətinləşdirmək imkanı verə bilər.

Hazırda respublikaçılar Konqresin hər iki palatasında çoxluğa malikdirlər. Nümayəndələr Palatasında respublikaçıların 218, demokratların isə 214 mandatı var. Senatda isə respublikaçılar 53, demokratlar 47 yerlə təmsil olunurlar.

Qüvvələr nisbətini dəyişmək üçün demokratların hər iki palatada əlavə dörd yer qazanması lazımdır. “Reuters”in qiymətləndirməsinə görə, demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək şansları yüksəkdir. Senat uğrunda mübarizənin nəticəsini isə proqnozlaşdırmaq çətindir.

Trampın reytinqinin aşağı olması və sorğuların demokratlar üçün əlverişli nəticələri Vaşinqtonda siyasi qüvvələr nisbətinin dəyişməsi ehtimalını artırır. Bununla belə, demokratlar Konqresin bir və ya hər iki palatasında qalib gəlsələr belə, Tramp veto hüququnu və geniş icra səlahiyyətlərini qoruyacaq. Bu isə mühüm qanunların qəbulunu çətinləşdirə bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR