Logo

Əli Əsədov Gürcüstana gedir

Əli Əsədov Gürcüstana gedir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın Baş naziri Əli Əsədov 29-30 oktyabr tarixində Gürcüstana işgüzar səfər edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.

Bundan başqa, Əli Əsədovun gürcü həmkarı İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılıb.

Azərbaycanın hökumət başçısını səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin, elm və təhsil nazirlərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR