Asiya Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana KEÇDİ
Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi iki il müddətinə öz üzərinə götürür. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib. Sədrin sözlərinə görə, qardaş Türkiyədən sədrliyi təhvil almaq qürurvericidir. S.Qafarova qeyd edib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması,