"Nə qədər ki, Putin kimi əxlaqsızın övladı var..." - Bayden Rusiya liderini TƏHQİR ETDİ 

"Nə qədər ki, Putin kimi əxlaqsızın övladı var..." - Bayden Rusiya liderini TƏHQİR ETDİ
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putini “əxlaqsızın övladı” adlandırıb.


Sfera.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin media mərkəzinə istinadən məlumat yayıb.


Məlumata görə, Bayden iqlim dəyişikliyindən danışarkən qəzəblənib:

 

"Nə qədər ki, Putin və onun kimi dəli, əxlaqsızın övladları var, biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir".

 

Moskva buna cavab olaraq bildirib ki, Baydenin təhqiri yalnız ABŞ-ni alçaltmağa xidmət edir.

 

Qeyd edək ki, Bayden daha əvvəl Putini Ukraynaya hücum əmri verdiyi üçün “qəssab” və “müharibə cinayətkarı”  adlandırmışdı.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR