Türkiyə – Azərbaycan müttəfiqliyinin yeni hədəfləri

Türkiyə – Azərbaycan müttəfiqliyinin yeni hədəfləri

Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra Ankaraya etdiyi ilk rəsmi səfər hər iki ölkənin mətbuatında geniş işıqlandırıldı. Bu da təbiidir. Çünki ölkələrimizdə baş verən bütün ictimai-siayi hadisələrə Türkiyə və Azərbaycan ictimaiyyətində böyük maraq var və bu maraq daim artmaqdadır. Ankara görüşü zamanı müzakirə olunan bütün məsələlər və imzalanmış sənədləriki ölkə arasında təhsil, kənd təsərrüfatı və vergi siyasəti sahəsində münasibətlərin tənzimlənməsini və əməkdaşlığın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət başçılarının verdiyi açıqlamalarda Türkiyə və Azərbaycanın hazırkı beynəlxalq vəziyyətdə regional təhlükəsizlik məsələlərinə ortaq baxışı, enerji və nəqliyyat-loqistika sahələrində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, müdafiə sənayesi sahəsində birgə istehsal, Türkiyə-Azərbaycan birgə Universitetinin açılması kimi mühüm layihələr öz əksini tapıb. Görüşlərdə həmçinin 2020-ci ilin Vətən müharibəsi kontekstində Türkiyə-Azərbaycan əlaqələrinin əhəmiyyəti dəyərləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin dəstəyini yüksəlk qiymətlənsdirərək vurğuladı ki, “…bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı… Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində keçən il qardaş ölkədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstəyi xatırladaraq minnətdarlığını bildirdi.

 

Ölkə başçıları tərəfindən səsləndirilən açıqlamalarda Türk Dövlətləri Təşkilatının gələcəyi və türk dövlətləri arasında münasibətlərin perspektivi də öz şərhini tapdı. Çıxışlarda Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcəyi və bundan bütün türk dünyasının faydalanacağı vurğulandı. Bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyi və Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin də həmin görüşdə iştirak edəcəyi bildirildi. Bütün bunlar türk birliyinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcək.
Bu gün Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasındakı münasibətlər çərçivəsindən kənara çıxaraq bütün türk respublikaları arasındakı münasibətlərin inkişafına təsir edən mühüm bir amildir. Türkiyə-Azərbaycan müttəfiqliyi türk dövlətləri arasında sıx əməkdaşlığın, uzlaşdırılmış siyasətin beynəlxalq siyasət müstəvisində hər bir türk dövlətini gücləndirməsinin bariz nümunəsidir. Bu baxımdan Azərbaycan -Türkiyə müttəfiqliyi digər türk respublikalarının da türk birliyi ideyası ətrafında daha sıx birləşməsinə böyük təkan verəcək.

 

Türkiyə və Azərbaycan prezidentlərinin görüşü yalnız ikitərəfli münasibətlərin təhlili və müzakirəsi ilə məhdudlaşmadı. Dünya miqyasında gedən siyasi, iqtisadi, hərbi proseslər, beynəlxalq sistemin dövrün çağırışları qarşısında lazımi işlək mexanizlərə malik olmaması kimi məsələlər də müzakirə mövzusu oldu. Prezidentlərin çıxışlarında İkinci Qarabağ savaşından sonra bölgəmizdə yaranmış yeni rellıqlardan çıxış edərək Ermənistana sülh danışıqlarına ciddi yanaşmağa, sülh üçün yaranmış tarixi fürsətdən yararlanaraq bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməyə çağırış edildi.
Bu tarixi səfərin nəticəsində 7 fevral Zəfər seçkilərindən sonra qədəm qoyduğumuz yeni inkişaf mərhələsində Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələsi başladılmış oldu. Bu mərhələdə qarşıya qoyulmuş hədəflər isə öz əhatə dairəsi baxımından daha geniş coğrafiyanı – bütün türk coğrafiyasını əhatə edəcək.

Cavansir Feyziyev

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Qəzadan sağ çıxanlar və yaxınlarını itirənlər... - Aldıqları travmalardan necə xilas ola bilərlər?

Xəbər verdiyimiz kimi, çərşənbə günü səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyar...

Modriç karyerasını bitirəcəyi vaxtı açıqladı

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Luka Modriç karyerasını bitirmək qərarına gəlib.   Sfera.az xarici mətbuata istina...

Türkiyə Mərkəzi Bankı faizlərdə dəyişiklik etdi - RƏSMİ

Türkiyə Mərkəzi Bankı uzun fasilədən sonra ilk dəfə olaraq uçot dərəcəsini endirib.   Sfera.az xəbər verir ki, bu gün elan olunan dəyişikliyə əsasən...

BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.   Sfera.a...

NATO-dan təyyarə qəzası ilə bağlı ÇAĞIRIŞ

NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib   Sfera.az xəbər verir ki, bu barədə o, “X&...

Nağd dollar alışı rekord həddə çatdı - STATİSTİKA

Azərbaycanda nağd şəkildə banklardan və digər maliyyə qurumlarından alınan dolların məbləği 2 milyard 430 milyon dollara çatıb.   Sfera.az xəbər ver...