Navalnının anılması: xatirə, yoxsa şou?
"Dünya ondan danışır"... Nimdaş klişeyə, çeynənmiş ifadəyə çevrilmiş bu sözlər rusiyalı müxalifətçi Aleksey Navalnı barəsində - paradoks - tam realdır. Gerçəkdən də, çağdaş Qərb insanının "dünya" adlandırdığı Qərb mediası A.Navalnının ölüm günündən bəri ondan danışır, yazır, göstərir. Mərhum müxalifətçi "Rusiyanın gələcək prezidenti", "Rusiyanın son ümidi", "Rusiyanın nuru" və sair və ilaxır ibarələrlə təriflənir, mədh olunur. Ölümündən sonra. Aleksey Navalnının xanımı Yuliya Navalnaya da