Moskvada saxlanılan Kamillə bağlı məsələnin PƏRDƏARXASI: “İrəvanın çirkli planları var” 

Moskvada saxlanılan Kamillə bağlı məsələnin PƏRDƏARXASI: “İrəvanın çirkli planları var” 

İdmançı Kamil Zeynallının Moskvanın “Domodedovo” hava limanında saxlanılmasından sonra, Ermənistanın müəyyən bu kimi saxtakarlıqlara yol verə biləcəyi bildirilir.

 

Qeyd olunur ki, İrəvanın məqsədlərindən biri də Azərbaycanın müharibə cinayətlərində ittiham etdiyi və hazırda istintaq altında olan şəxləri geri almaqdır.

 

Maraqlıdır, Ermənistan bu istiqamətdə nələrə əl ata bilər? Hansı tədbirlər görülməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etdiyini xatırladıb:

 

“Görünür, İrəvanın çox çirkli planları var. Bu, əlbəttə, sülh prosesinə mane olur və Ermənistanın sülhdə maraqlı olmadığını göstərir. Təbii ki, Rusiya burada Azərbaycana təzyiq etməyə çalışırdı, amma fiaskoya uğradı. Çünki Azərbaycanın əlində bununla bağlı kifayət qədər təzyiq rıçaqları var. İlk növbədə Ermənistan Azərbaycana qarşı müharibə cinayətləri törədib. Biz hələ də Qarabağ müharibələrinin hərbi cinayətkarlarını geniş şəkildə cəzalandıra bilməmişik. Ona görə də İrəvan bu məsələdə qərarlı olacaqsa, Azərbaycan da çox ciddi addımlar atmalıdır”.

 

Müsahibimiz bildirib ki, Azərbaycanın imkanları ermənilərlə müqayisədə daha çoxdur:

 

“Ermənistan İnterpola, Rusiya, Fransa və digər bir sıra ölkələrə bu kimi sorğular verə bilər. Bu baxımdan Azərbaycan adekvat addım atmasa, Ermənistanın iştahası böyüyəcək. Kamil Zeynallı məsələsi İrəvana böyük zərbə vurdu. Hesab edirəm ki, bu məsələlər davamlı olmalıdır. Ermənistan tərəfi çox ciddi şəkildə dırnaqarası hüquqi məsələlərdən istifadə etməyə çalışır. Əlbəttə, bu, absurddur və hər hansı müsbət nəticəsi olmayacaq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR