Fransa Ermənistana silah tədarükünə BAŞLADI: \"\"GM200\" radar sistemləri...\" 

Fransa Ermənistana silah tədarükünə BAŞLADI: \

Fransa fevralın 22-də Ermənistana müdafiə silahlarının bir partiyasını tədarük edəcək. 

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı "Le Figaro" yayıb.

 

Qəzetin yazdığına görə, silah partiyasına gecəgörmə cihazları, "GM200" radar sistemləri daxil olacaq:


“Tərəflər bu barədə hələ 2023-cü ildə razılığa gəliblər. Oktyabr ayında hava hücumundan müdafiə sistemləri, eləcə də gecəgörmə durbinləri haqqında müqavilələr imzalanıb. 2024-cü il üçün birgə hərbi təlimlər də planlaşdırılıb”.

 

Qeyd olunur ki, radiolokasiya stansiyaları düşmən təyyarəsini 250 km məsafədə aşkarlamağa imkan verir.


Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun tarixdə ilk dəfə Ermənistana səfər edəcəyi barədə də məlumat yayılıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR