Mövsümi xəstəliklərdən bu yolla qorunaq – ARAŞDIRMA
Payız-qış mövsümündə havaların soyuması ilə soyuqdəymə, qrip və digər virus infeksiyaları yenidən aktuallaşır. Həkimlər bildirir ki, bu dövrdə immun sistemini gücləndirmək və sağlam qalmaq üçün bir sıra sadə, lakin təsirli tədbirlər görmək vacibdir. Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ilk növbədə düzgün qidalanma orqanizmin müdafiə mexanizmini möhkəmləndirir. C vitamini ilə zəngin meyvə-tərəvəzlər (limon, portağal, kivi, brokoli, bibər və s.) gündəlik rasionda olmalıdır.