Dərmansız müalicə dövrü başladı – İsveçdən unikal “resept” layihəsi

Dərmansız müalicə dövrü başladı – İsveçdən unikal "resept" layihəsi
Kateqoriya məlum deyil
T

İsveç tibb dünyasında gözlənilməz bir yeniliyə imza atıb. Artıq ölkə həkimlər tərəfindən “reseptlə yazılan” bir müalicə məkanı kimi təqdim olunur.

 

Sfera.az xəbər verir ki, “Visit Sweden” (İsveçi ziyarət et) təşkilatının “İsveç Resepti” adlı kampaniyası təbiətlə təmasda olmağın və mədəni təcrübələrin sağlamlığa olan elmi təsirinə əsaslanır.

 

“Visit Sweden” və “Prime Weber Shandwick” agentliyi tərəfindən hazırlanan layihə sağlamlıq və səyahəti birləşdirən yaradıcı konsepsiya kimi dəyərləndirilir. Kampaniya yumoristik üslubda çəkilmiş tanıtım videosu ilə müşayiət olunur.

 

Videoda həkimlər donmuş göllərdə yarımçıq qalan “soyuq su müalicəsi”ni və ya 24 saatlıq gün işığında istirahətin insan bədənində yaratdığı “parasimpatik rahatlama”nı izah edirlər.

 

Gülməli tərzdə təqdim olunsa da, layihə tamamilə elmi əsaslara söykənir. İsveçin bu təşəbbüsü Karolinska İnstitutunun baş professoru və dörd müxtəlif ölkədən olan həkimlər tərəfindən dəstəklənib. Araşdırmalar göstərir ki, təbiətlə təmasda olmaq, meşədə gəzmək, soyuq suda üzmək və açıq havada vaxt keçirmək insan sağlamlığına ölçülə bilən müsbət təsir göstərir.

 

“Visit Sweden” kampaniyanın bir hissəsi kimi həkimlərin “resept kimi yaza” biləcəyi xüsusi PDF sənədi də hazırlayıb. Layihə başladıqdan cəmi bir neçə gün sonra 30 ölkədə 1200-dən çox xəbər portalında dərc olunub, həmçinin BBC və CBS Mornings kimi beynəlxalq media qurumlarının diqqətini cəlb edib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR