Bu üsulla xərçəngi erkən aşkar etmək olacaq

Bu üsulla xərçəngi erkən aşkar etmək olacaq
Kateqoriya məlum deyil
T

Xərçənglə mübarizədə yeni dövr başlayır.

 

Sfera.az xəbər verir ki, amerikalı alimlərin son araşdırmaları göstərir ki, süni intellekt texnologiyaları xəstəliyin ilkin mərhələdə aşkarlanması və fərdiləşdirilmiş müalicə planlarının hazırlanmasında inqilabi dəyişikliklər yaradır.

 

“American Association for Cancer Research”ın 2025-ci il hesabatında qeyd edilir ki, süni intellekt artıq rentgen, “MRT” və “KT” müayinələrinin nəticələrini analiz edərək həkimlərdən daha dəqiq proqnozlar verə bilir. Yeni sistemlər xərçəngin yayılma riskini, şişin davranışını və müalicəyə reaksiyasını əvvəlcədən təyin etməyə imkan yaradır. Məsələn, tədqiqatçılar tərəfindən hazırlanan dərin öyrənmə modeli adi kompüter tomoqrafiyası görüntüləri və laborator məlumatları əsasında ağciyər xərçəngi hallarını daha erkən mərhələdə aşkarlaya bilib.

 

Bu yanaşma, xüsusilə risk qrupuna daxil olan şəxslərdə xəstəliyi klinik simptomlar görünməmişdən əvvəl müəyyən etməyə imkan verir. Mütəxəssislərin fikrincə, belə texnologiyalar xərçəngin müalicəsində “fərdi yanaşma” dövrünü sürətləndirəcək.

 

Hər bir xəstənin genetik xüsusiyyətləri, immun sisteminin reaksiyası və orqanizm quruluşu nəzərə alınaraq, ən uyğun müalicə növü seçiləcək. Bununla belə, alimlər bildirirlər ki, süni intellekt sistemlərinin səhv qərar vermə ehtimalı hələ tam aradan qaldırılmayıb.

 

“Modelin niyə bu qərarı verdiyini izah etmək hələ də çətindir”,- deyə tədqiqatçılar vurğulayır. Ekspertlər hesab edirlər ki, yaxın illərdə süni intellekt xərçəngin erkən aşkarlanması və müalicəsində ən güclü tibbi alətlərdən birinə çevriləcək.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR