Vitamin və qida əlavələri ucuzlaşacaq? - AÇIQLAMA

Vitamin və qida əlavələri ucuzlaşacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Hazırda yalnız dərmanların qiyməti dövlət tərəfindən tənzimlənir. Lakin vitaminlərin və digər qida əlavələrinin qiymətləri tənzimlənmir, onların dəyərini şirkətlər özləri müəyyənləşdirir.

 

Son zamanlar həkimlər müalicə zamanı xəstələrə tez-tez müxtəlif vitaminlər və əlavələr təyin edirlər. Bu isə əlavə xərc yaradır.

 

Vitaminlər və digər qida əlavələrinin qiymətinin də dövlət tərəfindən tənzimlənməsi daha məqsədəuyğun olmazmı?

 

Sfera.az-a bu barədə açıqlama verən tibb elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, dərman maddələri və bioloji aktiv vasitələrin qiyməti idxalçı şirkətlər tərəfindən müəyyən edilməlidir. 

 

 

Professor qiymət formalaşdırılarkən məhsulun ilkin alınma dəyərini, nəqliyyat və gömrük xərclərini, sahibkarın qazancını, vergi və digər xərclərin nəzərə alınmalı olduğunu qeyd edib:

 

“Dərman qiymətlərinə dövlətin müdaxiləsi yalnız müəyyən hallarda əsaslı ola bilər. Məsələn, psixotrop dərmanlar və onkoloji preparatlar dövlətin nəzarəti altında idxal olunur və onların qiymət tənzimlənməsi dövlət tərəfindən həyata keçirilə bilər”.

 

A.Qeybulla əlavə edib ki, lakin bütün dərmanların qiymətinə dövlətin müdaxiləsi müvəqqəti xarakter daşımalıdır:

 

“Bu, bazar şəraitinin qorunması üçün vacibdir. Sahibkarların, xüsusilə vitamin və qida əlavələri kimi məhsulları idxal edənlərin fəaliyyətində bazar prinsipləri nəzərə alınmalıdır. Çünki bu kimi məhsulların çoxu artıq istehsal olunduğu ölkələrdə də baha başa gəlir və onların son satış qiymətinin yüksək olması təbiidir. Buna görə də qiymət siyasəti müəyyən edilərkən bu amillər diqqətə alınmalıdır”.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR