Oktyabrda zəhərlənən 98 nəfərdən 4-ü ölüb

Oktyabrda zəhərlənən 98 nəfərdən 4-ü ölüb
Kateqoriya məlum deyil
T

Bu ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

 

Bu barədə Sfera.az-a KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

 

Onun sözlərinə görə, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

 

Pasiyentlərin 44-ü dərman preparatlarından, 30-u sirkə turşusundan, beşi spirtli içkilərdən, beşi ilan sancmasından, üçü allergik reaksiyalardan, ikisi yandırıcı məhlullardan, biri fosfor üzvi birləşmələrindən, beşi anafilaktik şokdan, üçü isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

 

Üçü kişi, biri qadın olmaqla, dörd nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok, sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək dozada qəbulu nəticəsində yaranmış toksik vəziyyət olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR