Dünya yenidən maskaya qayıdır? - Pandemiya qapıda

Dünya yenidən maskaya qayıdır? - Pandemiya qapıda
Kateqoriya məlum deyil
T

Qış mövsümünün başlanması ilə dünyada yeni pandemiya dalğası müşahidə olunur. Yaponiyada məktəblər güclü qrip epidemiyası səbəbindən bağlanarkən, Avstraliyada isə yoluxma halları tarixi rekord səviyyəyə çatıb. Qonşu Türkiyədə də soyuq hava şəraiti ilə əlaqədar qripə yoluxanların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, Yaponiyada və Avstraliyada yayılan epidemiyaların Avropaya keçməsi an məsələsidir.

 

Sfera.az xəbər verir ki, bir çox ölkə hazırda şiddətli qrip epidemiyaları ilə mübarizə aparır.

 

Mütəxəssislərin fikrincə, hazırkı qrip pandemiyası əvvəlkilərdən fərqli olaraq daha sürətlə yayılır. Təsirləri hələ Azərbaycanda hiss olunmasa da, Asiya və Avropa ölkələri artıq rekord sayda yoluxma halları ilə üzləşiblər.

 

Yaponiyada epidemiya səbəbindən 100-ə yaxın məktəb bağlanıb. Ən çox yoluxma halları Tokio və Okinava bölgələrində qeydə alınıb, yüzlərlə insan xəstəxanalara yerləşdirilib.

 

Avstraliya isə tarixin ən ağır qrip mövsümünü yaşayır. Rəsmi məlumatlara görə, ölkədə 410 minə yaxın yoluxma halı qeydə alınıb və bir çox xəstəxana həddindən artıq yüklənib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR