Bu cür yatanlara diqqət: Onurğaya risk yarada bilər

Bu cür yatanlara diqqət: Onurğaya risk yarada bilər
Kateqoriya məlum deyil
T

Yatmaq formasının və gündəlik duruşun onurğa sağlamlığına birbaşa təsir etdiyini bildirən mütəxəssislər xüsusilə qarınüstə yatmağın, uzun müddət oturmağın və yanlış duruşun boyun və bel problemləri riskini artıra biləcəyini qeyd edirlər.

Sfera.az xəbər verir ki, Ortopediya və Travmatologiya Mütəxəssisi Prof. Dr. Turqut Akgül onurğa sağlamlığını qorumaq üçün düzgün yuxu vəziyyətinə, duruşa və gündəlik fiziki aktivliyə diqqət yetirməyin vacib olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, xüsusilə qarın üstə yatmaq boyun fəqərələrində gərginlik yarada bilər:

"Onurğa sağlamlığı üçün uzun müddət eyni vəziyyətdə oturmaqdan çəkinmək də vacibdir. Hər 45 dəqiqədən bir mövqeyi dəyişmək, qısa gəzintilər etmək və onurğanı hərəkətdə saxlamaq faydalıdır".

Dr. Akgül yerdən əşya qaldırarkən beldən əyilməyin düzgün olmadığını da vurğulayıb. Onun sözlərinə görə, bu zaman diz və omba bükülərək çömbəlmək və yükü bədənə yaxın saxlamaq daha təhlükəsizdir.

Mütəxəssis qarın, bel və çanaq əzələlərinin gücləndirilməsinin də onurğanın dəstəklənməsində mühüm rol oynadığını söyləyib. Üzgüçülük, klinik pilates və uyğun məşqlər bel ağrılarından qorunmağa kömək edə bilər.

O hesab edir ki, həmçinin artıq çəkidən qorunmağı, iş zamanı erqonomik qaydalara əməl etməyi, siqaretdən uzaq durmağı və həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət göstərməyi tövsiyə edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR