Logo

Türkiyədə nadir cərrahi əməliyyat həyata keçirilib

Türkiyədə nadir cərrahi əməliyyat həyata keçirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Hatay şəhərində 17 yaşlı qız üzərində bölgədə uşaqlar üçün ilk dəfə tətbiq olunduğu bildirilən cərrahi əməliyyat həyata keçirilib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatay Mustafa Kamal Universitetinin xəstəxanasında döş qəfəsinin anadangəlmə içəriyə doğru çökməsi ilə xarakterizə olunan xəstəlikdən əziyyət çəkən yeniyetmə əməliyyat edilib.

Məlumata görə, tibbdə pektus ekskavatum adlandırılan bu vəziyyət döş qəfəsinin formasında dəyişiklik yaradır və bəzi hallarda tənəffüs problemlərinə səbəb ola bilir.

Əməliyyatın maraqlı tərəfi isə prosesin digər xəstəxanalardan gələn mütəxəssis həkimlərə canlı yayımla nümayiş etdirilməsi olub.

Bildirilib ki, əməliyyat bölgədə uşaq cərrahiyyəsi sahəsində mühüm tibbi yenilik kimi qiymətləndirilir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR