Qışda C vitamini ehtiyatını bu giləmeyvə ilə qorumaq olar – Həkimdən tövsiyə
Rusiyalı həkim-terapevt Aleksey Vodovozov qış aylarında C vitamini qəbulunu təmin etmək üçün ən yaxşı təbii mənbələrdən birinin çaytikanı olduğunu bildirib.
Sfera.az bildirir ki, RT-nin məlumatına görə, mütəxəssisin sözlərinə görə, C vitamini ən çox çaytikanında olur. Bu giləmeyvənin maraqlı xüsusiyyəti isə dondurulduqdan sonra da vitamin tərkibini uzun müddət qorumasıdır.
Vodovozov qeyd edib ki, çaytikanı təxminən altı ay dondurucuda saxlanıldıqda onun tərkibindəki C vitamini miqdarı təzə giləmeyvədəki səviyyəyə yaxın qalır.
Həkim C vitamininin digər yaxşı mənbəyi kimi bolqar bibərini də göstərib. Onun sözlərinə görə, qırmızı, narıncı və yaşıl bibər növləri bu vitaminlə zəngindir.
Mütəxəssis vurğulayıb ki, vitaminlərlə zəngin qidalar yalnız qışda deyil, ilin bütün fəsillərində müntəzəm istehlak edilməlidir. Onun fikrincə, orqanizmin vitamin ehtiyacını qarşılamaq üçün qidalanma rejiminə ilboyu diqqət yetirmək vacibdir.
Fatimə
Sfera.az






