"Azərbaycanda 30 milyon insan yaşaya bilər" - EKSPERT
Son məlumatlara əsasən, Azərbaycan əhalisinin sayı 10,3 milyon nəfərə çatıb. Müstəqillik dövründə ölkə əhalisinin sayı təxminən 3 milyon nəfər, yəni 41 faiz artıb. Proqnozlara əsasən, əhali artımı hələ müəyyən müddət davam edə bilər. Azərbaycanın coğrafi və iqtisadi imkanlarını, eləcə də əmək bazarının vəziyyətini nəzərə alsaq, ölkədə nə qədər insanın rahat və normal həyat səviyyəsi ilə yaşaması sual yaradan məsələdir. Maraqlıdır, Azərbaycanda nə qədər insanın yaşaması imkanı var? Məsələ ilə