Zelenski Qərbə müraciət etdi

Zelenski Qərbə müraciət etdi
Kateqoriya məlum deyil3 👁️
T

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev, Xarkov və Dnepropetrovsk vilayətindəki hədəflərə endirdiyi kütləvi zərbələrdən sonra Qərb ölkələrini Ukraynaya daha çox silah yardımı göstərməyə çağırıb.

Sfera.az xəbər verir ki, Zelenski bununla bağlı özünün Telegram kanalında paylaşım edib.

“Hazırda sammitə toplaşan G7 ölkələrinin cavab verməsi çox vacibdir. Bu cavab qətiyyətli və məzmunlu olmalıdır”, – deyə Ukrayna lideri bildirib.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Ukraynanın bir neçə şəhərindəki hədəflərə zərbələr endirdiyi barədə məlumat yayılmışdı.

Məlumatlara görə, hücumların dəf edilməsi zamanı Kiyev-Peçersk Lavrası da zərər görüb. Bildirilir ki, monastır kompleksində yerləşən Uspenski kilsəsinin damında yanğın baş verib.

Rusiya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı açıqlamasında lavraya ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksinin raketinin düşdüyünü iddia edib.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik isə bildirib ki, Rusiya hərbçiləri lavranı hədəf almazdı.

“Bizim hərbçilər heç bir halda lavraya zərbə endirməzdi. Bu, bizim üçün qadağadır”, – deyə o vurğulayıb.

İnci

PAYLAŞ