Bu ölkədə 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsi qadağan ediləcək

Bu ölkədə 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsi qadağan ediləcək
Kateqoriya məlum deyil
T

Böyük Britaniya hökuməti uşaqları rəqəmsal mühitdəki risklərdən qorumaq məqsədilə yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Keir Starmer 16 yaşdan kiçik şəxslərin sosial media platformalarından istifadəsinin qadağan olunacağını açıqlayıb.

Məlumata görə, yeni qaydalar yalnız “TikTok”, “İnstagram” və “Snapchat” kimi sosial şəbəkələri deyil, həmçinin istifadəçilərin tanımadığı şəxslərlə əlaqə yaratmasına imkan verən oyun və canlı yayım platformalarını da əhatə edəcək.

Keir Starmer mətbuat konfransında bildirib ki, bu dəyişikliklər uşaqların onlayn təhlükələrdən qorunmasına xidmət edəcək və ölkənin dəyərlərinə uyğun olacaq.

“Şübhəsiz ki, tammiqyaslı qadağa doğru seçimdir”, – deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, qərar valideynlərin övladları ilə münasibətlərinə və gənclərin rəqəmsal mühitə yanaşmasına da təsir göstərəcək:

“Bu addım böyük dəyişiklik yaradacaq. Uşaqlarımız daha təhlükəsiz və xoşbəxt olacaq. Onlara böyümək, inkişaf etmək və özlərini reallaşdırmaq üçün daha çox imkan veriləcək”.

Baş nazir əlavə edib ki, hökumət uşaqların yad şəxslərlə ünsiyyət qurmasına şərait yaradan oyun və canlı yayım xidmətlərinə qarşı da ciddi məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Qeyd edək ki, hökumət bu addımların həyata keçirilməsi üçün lazımi hüquqi səlahiyyətlərə malikdir. Qanunvericilik dəyişikliklərinin ilin sonunadək tamamlanacağı, yeni qaydaların isə gələn ilin yazında qüvvəyə minəcəyi gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ